“Dostlar: canavarlar (əjdaha) adasından Naki” (もののけ島のナキ) tammetrajı (83 dəqiqəlik) anime 2011-ci ildə (17 dekabr) Yaponiyada, 2013-cü il (fevralın 28-də) Rusiya kinoteatrlarında nümayiş olunub (premyerası, 3D formatında).
Filmin rejissoru və ssenaristi Yamadzaki Takasidir. Anime Hiroşuke Hamada`nın “Naita aka oni” adlı uşaq romanı əsasında kompyuter qrafikası üslubunda çəkilib.
Baxmayanları nəzərə alıb mövzu haqqında məlumat verməyəcəyik. Lakin uşaqların dostluq haqqında bu şirin animeni sevə-sevə izləyəcəyindən əmin ola bilərsiniz.
Animenin musiqisi Çarli Çaplinin 1936-cı ildə çəkilən “Modern times” (“Çağdaş zamanlar”) filmindən ifa etdiyi “Smile” kompozisuyasının yeni versiyasıdır. Musiqi yaponiyalı Mişia tərəfindən ifa olunub.
Musiqini dinləmək istəsəniz buraya keçid edə bilərsiniz.
Sevinc Nur © yapon.az 2014