Koinoborinin “Uşaqlar Günü”nün rəsmi simvolu olması ilə bağlı indiki nəsillərə ötürülən bir hekayəsi var.

Koinobori” sözü əslində iki sözdən ibarətdir – sazan mənasını verən “koi” və bayraq mənasını verən “nobori“.
Koinoborinin yaranması 1603-1868-ci illər arasında başladığı deyilir. Bu dövrdə Edo dövrünün Şoqun (hərbi liderləri) Şoqun ailələrində yeni doğulmuş oğlan uşaqlarını qeyd etmək üçün sazanların çəkildiyi bayraqların qaldırılması ideyasını irəli sürdülər.
Şoqunlar o dövrdə generalların ən elit səviyyəsi olduğundan, qeyd etmə üsulu birinci dərəcəli olmalı idi. Onlar tərəqqi və uğur simvolu hesab edilən sazan bayraqlarını qaldırmağa qərar verdilər. Bayraqları uca və qürurla qaldıraraq Şoqun nəslinin firavanlığı üçün də dua edirdilər.

Əvvəlcə ailənin oğulları üçün müstəsna bir şey olsa da, zaman keçdikcə koinoborinin mənası dəyişdi və indi ailə daxilindəki qadınları da əhatə edir. Beləliklə, koinobori bayrağı qaldırmaqla bütün uşaqlara yaxşılıq və xeyir-dua diləyirlər.


Bəs niyə, məhz sazan simvol olaraq seçildi?

Bunun arxasında əslində başqa bir hekayə var!
Köhnə yapon nağılında, bir vaxtlar çoxlu balıqlar “Koqa çayı” adlı çayın axını ilə üzməyə çalışıblar. Lakin çayın axını çox güclü olub və buna görə də balıqların çoxunun cəhdi nəticəsiz qalıb, amma qızıl sazan yuxarı axına uğurla çata bilib və sehrli əjdahaya çevrilib.
Yapon xalqı sazan balığını cəsarət və məqsədə çatmaq simvolu kimi təyin edəndə bu hekayəyə istinad etmişdir. Axına doğru üzməyə cəhd edən bütün balıqlardan yalnız sazanın gücü və əzmi ona uğur qazanmağa imkan verdi.

Edo dövründə bu xüsusiyyətlər kişidə çox arzuolunan hesab edilirdi və buna görə də sazan koinoborinin simvolu olaraq seçildi.
Müasir dövr Yaponiyasında isə koinobori bayrağı ailədəki bütün uşaqların şərəfinə qaldırılır.

İlk baxışdan koinobori parlaq rəngləri və streçləri olan parlaq sazan bayrağına bənzəyir. Bununla belə, koinobori əslində bütün bayrağı yaradan əhəmiyyətli simvolik hissələrdən ibarətdir.

Yaquruma” bayraq dirəyinin ucudur və adətən kürəşəkilli fırlanan qanadlı bir cüt ox dirsəkli təkərlərdən ibarətdir.Yaquramadan aşağıda fukinaqaşi yerləşir. Sazanların asıldığı qarmaqdır.


Ümumiyyətlə, ilk sazan qara rəngdə asılır və ailə başçısı hesab edilən atanı təmsil edir. Ənənəvi olaraq böyük oğlunu təmsil etmək üçün nəzərdə tutulan daha kiçik qırmızı koinobori və sonra ailədəki hər hansı sonrakı oğlanlar üçün əlavə mavi, yaşıl, bənövşəyi, narıncı koinobori asılır.

Xəyalə Əlizadə ©yapon.az2022