Rahatladıcı və hüzur verici təbiət yürüşü et!

Şinrin-yoku (森林浴), yapon dilində “meşə vannası” deməkdir, vaxtını meşədə keçirərək özünü rahatlatmaq praktikasına deyilir.

Yaponiyada 24 müxtəlif meşədə aparılmış təcrübəyə görə “şinrin-yoku” etmək bədəndə stressə səbəb olan kortizol hormonunu və qan təzyiqini aşağı salır.

Totoro meşəsi

Şəkildəki meşə Yaponiyanın Saitama prefekturasının Tokorozava şəhərində yerləşir və “Totoro meşəsi” kimi tanınır. Belə ki, Hayao Miyazaki məşhur “Mənim qonşum Totoro” filmi üçün məhz bu meşədən ilhamlanıb.

Serkan Şentürk © yapon.az 2020