Yaponiyada olan turistlərin sözlərinə görə, bura səyahət etmək üçün ilin hansısa vaxtını gözləmək lazım deyil.Məncə, də bu belədir. Çünki Yaponiya ilin bütün fəsillərində gözəldir. Gündoğan ölkəsinə getmədən öncə nəzərə almanız gərəkən nüanslardan biri qiymətlərlə maraqlanmaqdır. Bura Azərbaycan kimi deyil. Məhsulu kiloqramla deyil, ədədlə alırlar.

Marketdə almalar. Sapporo, Hokkaido. 2014.
Marketdə almalar. Sapporo, Hokkaido. 2014.

Əgər yapon dilini bilmirsinizsə, onda tərcüməçi haqqında düşünməlisiniz ki, bu da daha baha başa gələcək. Özünüzlə tərcüməçi aparmaq daha ucuz başa gəlir.

Yaponlar çox qonaqpərvərdir və onların pis münasibəti haqqında düşünməyə dəyməz, təbii ki, əgər siz qonaq olduğunuzu nəzərə alıb bütün hallarda nəzakətli davranmalı, qanun-qaydalara riayət etməli və yerli əhalini təhqir etməməlisiniz.

Yaponiyada hər yerdə sizi gülərüzlə qarşılayacaq və probleminizi həll etməyə çalışacaqlar. Maksimum dərəcədə. Hətta siz marketə girib almaq istədiyiniz hansısa əşyanı tapmasanız, adını bilməsəniz belə təsvir etməniz yetərlidir ki, işçi sizə kömək etsin. O bütün marketi gəzəcək, yox, qaçaraq orda dövrə vuracaq ki, sizə gərəkli informasiyanı versin. Təbii ki, bunun üçün siz də çox nəzakətli müraciət etməlisiniz.

Yaponiyada hər şey sənədə əsaslanır. Yazılı sənədləşmələrə, saysız-hesabsız kartlara. Bu bir qədər sizi hövsələdən çıxarda bilər. Prosedurlar vaxt aparır lakin hər şey dəqiq göstərilən vaxtda olur.

Əgər Yaponiyada ikən orda daha çox yeri gəzmək istəyirsinizə, onda kirayə maşın tutmanız daha sərfəli olacaq. Lakin nəqliyyat vasitəsi kimi velosipeddən də istifadə haqqında düşünməniz sizin xeyirinizədir.

Sevinc Nur Ali © yapon.az 2014