Yaponiya təkcə texnologiya məsələsində deyil, həmçinin, muzeylərdə sərgilədiyi fərqli eksponatlarla da fərqlənir. Yaponiyada qarşılaşacağınız qeyri-adi muzeylər harada yerləşir?

  1. Mequro Parazitologiya Muzeyi

Tokioda yerləşən bu muzey 1953-cü ildə yaradılıb və parazitologiyaya həsr olunub. Burada 300-dən çox parazit nümunəsi nümayiş etdirilir və parazitlər haqqında 5000 kitab saxlanılır.


2. Qar kürəcikləri muzeyi

Tokionun Setaqaya rayonunda yerləşən bu muzey dünyada ilk belə muzeydir. Burada dünyanın müxtəlif yerlərindən olan 1000-dən çox qar kürəciyi sərgilənir. Yaponiya Qar Kürəcikləri Assosiasiyasının nəzarəti altındadır.


3. KitKat muzeyi

Tokionun Şibuya rayonunda 2016-cı ildə qısa müddətliyinə açılan bu muzey KitKat brendinin 1973-cü ildə Yaponiyaya tanıdılmasından bəri olan tarixçəsinə həsr olunub və burada 300-ə yaxın KitKat çeşidi sərgilənib.

Serkan Şentürk © yapon.az 2020