Məqalənin adı qorxunc səslənir, elə deyilmi?! Lakin bu tunellər bir çox film və animasiyalar üçün ilham mənbəyi olubdur. Niyə görə bu tunellər “lənətli tunel” hesab olunur?

Kiyotaki tuneli

Yaponiyada Kioto şəhərində yerləşən lənətli Kiyotaki tuneli. Deyilənə görə tunel 1928-ci ildə tikiləndə burada bir çox fəhlə ölüb və ruhları hələ də bu tuneldə dolaşır. Bəzən tunelin uzunluğunu 444 metr göstərirlər; 4 Yaponiyada “ölüm rəqəmi” hesab olunur.


Çusetsu tuneli

Başqa bir lənətli tunel isə Fukuoka’da yerləşən Çusetsu tunelidir. Deyilənə görə keçmişdə burada qətl hadisəsi baş verib və ölənin ruhu tunelə girənlərə “dayan!” deyə qışqırırmış. Nədənsə bu mənzərə mənə “Dark” serialını xatırladır.


Inunaki tuneli

Yaponiyada ən məşhur lənətli tunel yəqin İnunaki tunelidir. Qətllər ilə gündəm olmuş bu tunelin yaxınlığındakı telefon köşkündən zəng etdikdə ruhların cavab verdiyi haqqında rəvayət var. 2019-cu ildə hətta Steam’də “Inunaki Tunnel” adlı qorxu oyunu da buraxılıb.

Serkan Şentürk © yapon.az 2020