Qısa zaman kəsiyində heyvanların və bitkilərin genişmiqyaslı və kütləvi yox olması zamanı dinozavrların böyük əksəriyyəti məhv olub. Aparılan tədqiqatlar sayəsində daşlaşmış dinozavr qalıqları bütün qitələrdə aşkar olunub. Elə Yaponiyada da bir çox dinozavr qapılarına rast gəlinib. Baxmayaraq ki, Yaponiyada dinozavr qalığı tapmaq çətindir, yumurta qalığı tapmaq isə ondan da çətin. Çünki geoloji cəhətdən aktiv olan Yaponiyada qaya qatları çox bərkdir və bu araşdırmanı çətinləşdirir.

2015-ci ildə Yaponiyada Hyoqo prefekturasında tapılmış dinozavr yumurtası qalıqları
2015-ci ildə Yaponiyada Hyoqo prefekturasında tapılmış dinozavr yumurtası qalıqları

Hokkaidonun Mukava qəsəbəsində tapılmış və Kamuyzavr adı verilən 72 milyon illik dinozavr qalığı Yaponiyada tapılmış ən böyük tam dinozavr skeletidir. Yeganə dinozavr növüdür ki, aynu dilində söz ilə adlandırılıb.

Eayi4t_XYAEauDn.jpeg

Yaponiyada dinozavr qalıqları ilə məşhur olan Fukui prefekturasında Asiyanın öndə gələn dinozavr muzeylərindən biri yerləşir. Fukuiraptor, Fukuizavr, Fukuititan, Fukuipteriks kimi dinozavr növləri məhz bu prefekturada yerləşən Kitadani dinozavr ocağında tapılıb.

Fukui prefekturası, Katsuyama dinozavr muzeyindən görüntülər:

Serkan Şentürk © yapon.az 2020