Bu gün Yaponiyada atalar günü keçirilir

Yaponiyada atalar günü ilk dəfə 2012-ci ildən qeyd olunmağa başlayıb və qeyri-rəsmi bayram hesab olunur.

Bu bayram ilk dəfə 19 iyun 1910-cu ildə ABŞ-da qeyd olunub. Vaşinqton ştatı, Spokan şəhərinin sakini xanım Dodd tərəfindən qeyd edilməsi irəli sürülən atalar günü, hazırda dünyanın bir çox ölkəsində müxtəlif vaxtlarda qeyd olunur. Yaponiyada isə bu bayram adəti üzrə iyun ayının 3-cü bazar günü qeyd edilir. 

Bayramın qeyd edilmə təşəbbüsünə gəldikdə, Dodd atası Uilyam Smartın timsalında Amerikanın bütün qayğıkeş atalarına öz minnətdarlığını bu yolla ifadə etmək istəyirdi.

Uilyam Smartın xanımı son 6-cı uşağını dünyaya gətirərkən vəfat etdiyindən qayğıkeş ata sonbeşiyi və digər 5 körpəsini təkbaşına uğurla böyüdüb. O, vətəndaş müharibəsi veteranı idi və uşaqları ilə birgə fermada yaşayırdı.

Biz də yapon.az olaraq bütün ataları təbrik edirik.

Sevinc Nur © yapon.az 2014