Yaponiyada Nizami yaradıcılığına maraq var

Yaponiyada Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin tanınması xarici tərcümələr sayəsində mümkün olub. Yaponiyalı oxucular əsasən şairin əsərlərinin Avropa tərcümələri vasitəsilə Nizami yaradıcılığına böyük maraq göstərməyə başlayırlar və buna görə də bu ölkənin şərqşünasları dahi şairimizin əsərlərini fəal surətdə tədqiq və tərcümə etməkdədirlər. Ona görə Tokio Universiteti öz doktorantı Saçiko Sanı Nizami yaradıcılığını tədqiq etmək üçün Tehrana göndərib. Fars dilini gözəl bilən Saçiko San “Nizami yaradıcılığında qadın obrazları” mövzusunda dissertasiya hazırlayıb. İki il ərzində o, göstərilən mövzuda sanballı bir monoqrafiya yazıb müdafiə edib.

qzptz98.jpgBir qədər əvvəl, daha dəqiq desəm, 1977-ci ildə Okido Etyko Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərini yapon dilinə tərcümə edərək çap etdirib. O, kitaba şairin həyat və yaradıcılığı haqqında geniş müqəddimə də yazıb.

Nizamişünaslıq sahəsində amerikalı alimlər də iş aparırlar. Piter Çelkovski 1975-ci ildə Nyu-Yorkda “Xəmsə”dən seçilmiş hekayə və novellaları “Görünməyən aləmin güzgüsü – Nizami “Xəmsə”sində hekayələr” adı altında çap etdirib.

Ramin Məmmədli © yapon.az 2014