Çox az sayda adamın bildiyi tarixi faktlar gün işığına çıxır :

1.Quranın yapon dilinə ilk tərcüməsini 1920-ci ildə buddist Sakomoto Keniçi edib. Amma o, tərcüməni orijinal dildən yox, ingilis tərcüməsindən etmişdi. Bu arada, Quranın çin dilinə ilk tam tərcüməsi 1927-ci ildə məhz yapon tərcüməsindən edilmişdi.

Ərəb dilindən birbaşa ilk tərcüməni isə 1958-ci ildə İslam haqqında bir çox kitabın müəllifi olan Toşihiko İzutsu (1914-1993) edib. İzutsu əsl poliqlot olub, düz 30-dan çox dildə sərbəst danışa bilirmiş (ərəb, fars, çin, rus, yunan daxil olmaqla). Deyilənə görə, ərəb dilini öyrənməyə başlayandan cəmi 1 ay sonra Quranı oxuyub qutara bilmişdi.


2.Yaponiyanın Musaşino şəhərində yerləşən Musaşino təkrar emal zavodundakı bu restoranda yemək yeyə-yeyə zibillərin təkrar emalına tamaşa etmək mümkündür.

Bu arada Musaşino şəhəri burada yerləşən anime studiyaları ilə məşhurdur. Bir ara Miyazakinin məşhur Ghibli studiyası bu şəhərdə yerləşirdi. J.C.Staff, Artland, Studio Ponoc, Production I.G, Bee Train və Tatsunoko Production kimi tanınmış anime studiyaları Musaşinodadır.


3.İkinci dünya müharibəsi zamanı 60-347 min yapon əsir SSRİ-də əmək düşərgələrində ölmüşdür. Yaponlar bu hadisəyə “Sibir məhkumluğu” deyirlər. Hazırda Rusiyada keçmiş yapon əsirlərdən qurulmuş 60-dan çox təşkilat fəaliyyət göstərir.


4.Yaponiyanın da İkinci dünya müharibəsi zamanı öz nüvə silahı proqramı var idi. Lakin onlar heç vaxt bomba düzəldə bilməmişdilər. Nüvə silahı tədqiqatları üçün yaradılmış alimlərdən ibarət komitə hesabatında bildirmişdi ki, hətta ABŞ-ın belə nüvə silahı hazırlaması mümkünsüz görünür, buna görə ordunun bu silaha marağı azalmışdı.


5.Murasaki Şikibunun XI əsrdə yazdığı gündəliyə əsasən, Yaponiyada Heyan dövründə (VIII-XII əsrlər) toy mərasimləri keçirilmirdi, evliliyin leqal forması da yox idi, kişi qadını 3 dəfə ziyarət edərsə, artıq evlənmiş sayılırdılar. Üstəlik çox vaxt evli cütlər ayrı yaşayırdılar, qadın əri ilə yox, ailəsi ilə qalmağa üstünlük verirdi.

Müəllif : Serkan Şentürk