İllərdir ki, Yaponiya maraqlı ölkə kimi bütün dünyanın diqqət mərkəzində olmağa davam edir. Lakin bir çox insanın gözündən qaçırtdığı 7 maraqlı fakt hər kəsin diqqətini birə-beş artıracaq. Gəlin, onlara birlikdə nəzər salaq;

1. Dünyanın ən sürətli qatarları Yaponiyadadır. Onların gecikmə vaxtı isə, təxminən 18 saniyə ola bilər.

2. Yaponiyada yaşayan ev heyvanlarının sayı, uşaqların sayından 2 qat çoxdur.

3. İkinci Dünya Müharibəsində Yaponiya və Rusiya arasında sülh haqqında heç bir razılıq sənədi imzalanmayıb.

4. 1997-ci ildə, Pokemonun efirə verilməsindən dərhal sonra 685 uşaq baş gicəllənməsi və ürək bulanmasından (həddindən artıq şişirdilmiş sarı və qırmızı rənglər səbəbindən) xəstəxanaya yerləşdirilib.

5. Titanik gəmisində sağ qalan yaponlar digər insanlarla birlikdə ölmədiklərinə görə, “qorxaq” olaraq damğalanıblar.

6. Yaponiyada yalnız dovşanların yaşadığı ada var.

7. Dünyanın bir çox ölkəsində qara pişik uğursuzluq əlaməti olsa da Yaponiyada uğurun xəbərçisidir.

Gülşən Cabbarlı © yapon.az 2015