Yanvarın 23-də mərkəzi Yaponiyada, Tokiodan 116 mil şimalda yerləşən Qunma prefekturasındakı Kusatsu-şirane xizəksürmə kurortunda vulkan püskürməsi və qar uçqunu baş verib.

“abcnews” NHK-yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb və 17 nəfər xəsarət alıb.

Vulkan püskürməsi yerli vaxtla 09:59-da qeydə alınıb. Kurortda dincələnlər vulkanik daşların düşməsi nəticəsində xəsarət alıb. Uçqunun episentrində 7 nəfər, o cümlədən bu bölgədə təlimlər keçən özünümüdafiə qüvvələrinin 6 əməkdaşı olub, onlardan biri ölüb.

Yaponiya Baş Meteorologiya İdarəsi təhlükənin səviyyəsini mümkün 5-dən 3-cü dərəcəyə aid ediblər. Bu da vulkanik daşların yarada biləcəyi təhlükəyə görə, bir kilometr radiusda vulkana yaxınlaşmağı qadağan edir.

https://www.youtube.com/watch?v=sgEE_9vuc2c

S.N. © yapon.az 2018