Maneki Neko bir çox adla tanınır; “uğur gətirən pişik”, “çağıran pişik”, “işarə verən pişik”, “əl edən pişik” və s.. Eyni zamanda, təmsil etdiyi məna da cürbəcürdür. Ümumilikdə, qaldırılmış sol əl həm iş dünyasındakı nailiyyəti təmsil edir, həm də evin qorunmasını təmin edir.

Bir çoxları tilsimi Çin işgüzar strukturları ilə əlaqələndirsələr də, əslində kökləri Yaponiyaya dayanır. Bu barədə müxtəlif fikirlər var, lakin ən yaddaqalan əfsanəyə görə, orijinal pişik ilhamının Tokyoda Setaqaya ərazisindəki (öz məbədinin tapıldığı) Gotokuciyə aid olmasıdır (Gotokuci Stansiyası Tokyodakı Şinjuku Stansiyasından qatarla sadəcə 15 dəqiqəlik məsafədədir.).

かわいい xoşbəxtlik çağıran pişilər. Üzərində
しあわせいこいこやってこい [şiavase ikoiko yattekoi] – “xoşbextlik gəl artıq”  yazılıb.
Şəkil: S.N. © yapon.az 2014

Maneki Neko əfsanəsi

Məbədin yerləşdiyi sakit və səssiz məhəllədə gəzərkən buranın gülümsəyən keramik körpə pişiklərlə dolu olduğunu görə bilərsiniz.
Sakinlərin dediyinə görə, 1400-cü illərdə məbəd sadəcə bir daxma imiş, lakin buna önəm verməyən keşiş az gəliri ilə yaşamaq üçün mübarizə edirmiş. Çox sevdiyi bir pişiyi var imiş, onunla yeməyini belə paylaşırmış.

Günlərin bir günü pişikdən ona şans gətirməsini istəyir. Bir müddət sonra yağışlı gündə bir neçə samuray keşişin qapısına gəlir və yolda pişiyin onlara əl elədiyini söyləyirlər. Keşiş onlara çay verir və öz bildiklərini paylaşır. Samuraylar çox məmnun olurlar və biri özünü Koşu əyalətindəki Hikone lordu Naotaka Li olaraq tanıdır. Gözlərini keşişin sözləri ilə açan və bunu Buddanın iradəsi kimi qəbul edən Lord, düyü tarlaları və toxumlarını məbədə hədiyyə edərək onu hazırki nəhəng məbədə çevirir.

İllər sonra pişik öləndə Şobyo Kanon adlı mərhəmət tanrısı kimi təsbit olunur və bu heyvan üçün abidə inşa edildi.

maneki neko.
Ənənəvi maneki neko

Bugünki Gotokuciyə gələn ziyarətçilər qəbul olunan diləkləri üçün şükür əlaməti olaraq, quyruqlu tilsimləri (talisman) – Maneki Nekonu məbəddə qoyurlar. Buradakı maneki nekolar minlərlə eyni geyimli gerçək bir pişik ordusu kimi görünür 😀 .

Məbəddə daha çox alınan, şükür etmək naminə qoyulan, ya da yaxşı şans üçün hədiyyə kimi götürülə bilən maneki nekolar 3 santimetrdən 30, 46 sm-ə qədər dəyişir.

Maneko Nekonun rəngləri

maneki nekoGotokuci məbədindəki pişik fiqurları tamamilə ağ olsa da, fərqli rəngdəki pişiklər müxtəlif məna ifadə edirlər. Ənənəvi üçrəngli versiyaları ümumilikdə rifah, ağ – saflıq, qara – uğur, qırmızı – sağlamlıq və ya xəstəlikdən qorunmaq, çəhrayı – aşiqlər üçün şans mənasını verir. Bəziləri qızılı rəngin xüsusi bir sərvət qazandırdığına, bəziləri isə akademik cəhətdən yaşılın uğur gətirdiyinə inanır. 

Çox vaxt eyni rəngdə bir neçə Gotokuci fiquru gözə dəyir. Bəzilərinin uzun illərə dayanan tarixləri və ya üzərinə yazılan, təmsil etdikləri mesajları vardır. Bəzilərində [Miyao!], “Yemək!” kimi yazılar var, bəzisi idman üslubunda mini-sombrero, digəri də inci boyunbağı taxır. Miniatur versiyaları rəflərin arasında və hətta daha böyük bir pişiyin üzərində ola bilirlər. Qısaca hər yerdə ola bilirlər.

Maneki Neko həvəskarlarını Gotokuciyə getməyə sövq edən məqamları izah etməyə çalışan Ohio (ABŞ), “Cincinnati”dəki (ing.) xoşbəxt pişiklər muzeyinin sahibi Mika Robertson bildirib ki, tarixi dəyərindən başqa, “bütün pişiklər eynidir kimi hiss edilir, amma əslində hər biri fərqli bir insanın ümidlərini və ya arzularını təmsil ədir”. 

Maneki Nekolar ümumilikdə, boyanmış önlük geyinir və zınqırov taxırlar. Bu aksesuarlar keşiş Gotokucinin pişiyinə qayğı və diqqətlə baxdığını təmsil edir.

Bundan əlavə, əlində pul tutan pişiklər də geniş yayılıb, ancaq samuray ailəsinin məbədində tapılan Gotokuci maneki nekoların əlləri boşdur.

Hazırda keramik və plastikdən müxtəlif ölçü, forma və rənglərdə hazırlanır. Müxtəlif əşyaların bəzədilməsində istifadə olunur. 

Mənbə: cnn.com
Şəkillər: S.N.
Xəyalə Əlizadə © yapon.az 2019