Dünən Yaponiyanın Hokkaido perefekturasının mərkəzi şəhəri Sapporoda “xüsusi həyəcan” elan edilib. Belə ki, yerli vaxtla 24.00-da başlayan şimşək və göy gurultusu ilə müşahidə olunan aramsız güclü yağış nəticəsində dağlıq və dağətəyi ərazilərdə sürüşmə təhlükəsi yaranıb. Burada sutka ərzində 400 millimetr yağıntı olub, bunun 200 millimetri son 5 saatda qeydə alınıb.

Yaponiyanın şimal adasının ən əsas şəhərinin 720 min əhalisinə təxliyyə barədə göstərişələr yerli hakimiyyət tərəfindən gecə saatlarında (mobil telefon vasitəsilə) verilib. Meteoroloqlar vətəndaşları administrasiyanın təxliyyə barədə təlimatlarını yerinə yetirməyə çağırmaqla bərabər, vəziyyəti özlərinin qiymətləndirməsini və əgər təhlükə olarsa çölə çıxmamağı tövsiyyə ediblər. Bununla belə, təxliyyəyə ehtiyac olmayıb.

Qeyd edək ki, keçən ilin yayında Yaponiyada təbii fəlakətlərin baş verməsi zamanı əhalinin xəbərdarlıq edilməsi üzrə yeni göstəricilər qəbul edilib. “Xüsusi həyəcan” insan tələfatı ilə nəticələnən yalnız 10 ildən bir yarana biləcək təbii fəlakətlərin yaxınlaşması zamanı verilir. Buraya təhlükəli selin yaxınlaşması, dağ uçqunları və torpaq sürüşməsi, çökəkliklərin su ilə dolması riskinin artması, zəlzələ daxildir.

Sevinc Nur © yapon.az 2016