İldə bir dəfə təşkil olunan Naqasaki Fənər Festivalında möhtəşəm görüntülər sərgilənib

Şəhər “Studio Ghibli”nin “Spirited Away”indən çıxmış kimi görünür

Hazırda Naqasaki şəhərində möhtəşəm fənər festivalı keçirilir. 5 fevralda başlayan və ayın 19-dək davam edəcək iki həftəlik festival, Ay təqvimi ilə Yeni il şənliklərinə təsadüf edir.

nagasaki

Naqasakidəki fənər festivalı ərəfəsində şəhərin “Chinatown” (Çin şəhərciyi) səmtini işıqlandırmaq üçün təxminən 15.000 fənərdən istifadə olunub.

Naqasaki memarlığının bir qismi Çini xatırladır və bu, qədim dövrlərdən iki tərəf arasında ticarət əlaqələrinin inkişafı və sıxlığı ilə əlaqədardır.

nagasaki 1

Naqasakiyə səyahət etməyi planlaşdıranların gün batışından dərhal sonra festivala qatılmaları tövsiyyə olunur. Fənərlər sadəcə qaranlıq səmada üzürlərmiş kimi görünməklə qalmır, eyni zamanda, çay və ya küçələrdəki yağış suyu gölməçələrinə yansıyanda rəngarəng mənzərələr ortaya çıxardırlar…

meganebashi

Naqasakili “Twitter” istifadəçisi @hitsuji_eat-in şəhərin Meqanebaşi körpüsü ilə Hama no maçi  alış-veriş mərkəzi arasındakı qatarda çəkdiyi bir neçə klipi, “SoraNews24” “Spirited Away”də cadugər Yubabanın Aburaya hamamına gedən qatar səfərini xatırlatdığını qeyd edib.

Fənərlər Naqasakidə ziyarətçiləri gözləyən tək vizual şou deyil. Rəngarəng fənərlər, akrobatik çıxışlar, canlı musiqi və möhtəşəm paradlar buraya gələn hər kəsdə sehrli illüziya ab-havası yaradır.

Mənbə: SoraNews24
Xəyalə Əlizadə © yapon.az 2019