Hakkoda dağları insidenti (八甲田雪中行軍遭難事件) müasir alpinizmdə ən çox ölümün qeydə alındığı hadisədir.

23 yanvar 1902-ci ildə Yaponiya ordusunun 210 nəfərlik qrupu məşq üçün Aomori prefekturasındakı Hakkoda dağlarından keçərkən 199 nəfər kəskin hava şəraiti üzündən ölmüş, cəmi 11 nəfər sağ qala bilmişdi.
Aşağıdakı şəkildəki isə insidentdən sonra tapılan ilk sağ qalan şəxs olan Fusanosuke Qotoya qoyulan heykəldir. Maraqlıdı ki, hadisədən cəmi 2 gün sonra Yaponiya tarixindəki ən soyuq temperatur (-41 °C) qeydə alınmışdı. İnsident haqqında Yaponiyada 1 roman yazılıb və 2 film çəkilib.

Müəllif: Serkan Şentürk [yaponaz 2019]