Əgər Tokiodasınızsa onda görməli olduğunuz məkanlardan biri təsvir edəcəyim kafedir. Bunun üçün Şimokitazavaya getməlisiniz, Şibuyadan bir neçə addım uzaqlıqda – 15 dəqiqəlik cənub istiqamətində yürüşdən sonra ünvana çata biləcəksiniz. Burada ikimərtəbəli kiçik şiriniyyat evi vardır. Kafenin ön hissəsində ziyarətçiləri “Mənim qonşum Totoro” animesinin qəhrəmanları və eləcə də, dükanın imzası sayılan Totoro şiriniyyatları dördlüsünün əks olunduğu rastik (ing. rustic) taxta lövhə qarşılayır. Ümumiyyətlə, bura təbii quruluş və gözəlliyi, sadə, üzvi rənglərilə insanın ruhunu isidir.

Təqdim olunan şiriniyyatlar Yaponiyada yalnız burada satılır. Dükan Hayao Miyazakinin ailəsinə məxsusdur. “Shirohige’s Cream Puff” adlanan dükan əfsanəvi animasiya ustadının qardaşı Şiro Miyazakinindir. Dünyanın heç bir çörək dükanı və ya şiriniyyat evinin bu tipli məhsul isehsal etməyə icazəsi yoxdur.

Hayao Miyazaki və “Ghibli Studio” tərəfindən yaradılan xarakter və animelərdən orijinal eskizləri də burada görmək olar.

Dükanın əsas məhsulu Totoro şiriniyyatlarıdır. Qat-qat xəmirli şiriniyyatın 4 müxtəlif dadda kremli/qaymaqlı növü təqdim olunur. Gün ərzində məşhur şiriniyyatın 500 ədədi satılır.

Burada müxtəlif forma və dadda peçenyelər də var. İkinci mərtəbədə isə aldığınız şiriniyyatları dadmaq üçün otura bilərsiniz. Sizə müxtəlif soyuq, isti içkilər də təklif olunur.

totoro1

totoro3.jpg

S.Nur © yapon.az 2019