Bir ay ərzində Yaponiyanın xəbər proqramlarının ən çox danışılan “qəhrəmanı”
Çiba prefekturasında yaşayan 42 yaşlı qadın bu ay ərzində ikinci dəfə həbs olundu

Hiromi Nakamura adlı qadın keçən ay Çiba prefekturasının polisləri tərəfindən dəfələrlə xəbərdarlıq alıb. Səbəb isə sevgilisindən ayrıldıqdan sonra ona gün ərzində çox sayda mesaj yazması idi. Belə ki, bir zamanlar sevgili olduğu oğlan polisə gedərək xanımı şikayət edib. Polislər tərəfindən həbs olunan xanım, keçmiş sevgilisinə yenidən mesaj yazdığı təqdirdə həbs olunacağı barədə xəbərdarlıq alır. Lakin bütün bunlara məhəl qoymayaraq 80 mesaj limitini aşan qadın, yenidən ikinci dəfə həbs olunur.

Polisə verdiyi ifadəsində o, “Sadəcə məndən niyə ayrıldığını öyrənmək istəyirdim!” – deyərək, etdiyi işdən peşman olmadığını bildirib.

Yaponiyada Stalker Control Law qanun icraat prosesi var. Əgər kimisə mesajlarınız və ya zənginizlə bezdirirsinizsə, həmin adamın şikayəti əsasında həbs oluna bilərsiniz. Buna görə də, yaponlar digər şəxslər (sevgili də buna aiddir) ilə əlaqə saxladıqları zaman maksimum dərəcədə diqqətli olmağa çalışırlar.

Gülşən Cabbarlı © yapon.az 2017