Yaponiyanın tanınmış kor mütəfəkkiri Hanava Hokiiçi

Hanava Hokiiçi (塙 保己一) iyunun 23-ü 1746-cı ildə anadan olub (7 oktyabr 1821-ci ildə vəfat edib). O, Edo dövrünün tanınmış kor elm xadimi və buddist rahibi idi.

Hokiiçi 5 yaşı olanda kor qalmışdır. Bir neçə ustaddan tarix, ədəbiyyat, tibb elmləri və hüquq biliklərini öyrənmişdir. Onlardan biri və ən məşhuru Kamo Mabuçi (Kamo no Mabuçi) idi.

Hokiiçi “Qunşo ruicyu” (ing. “Gunsho Ruijyu”, yap. 群書類従) – adlı “Qədim Yaponiya əsərlərinin (köhnə sənədlərin) böyük toplusu”nu tərtib etmişdir. Kor alim Hanava “Yaponiya Araşdırmaları Məktəbi”ni qurmuş, bu məktəbdə Yaponiya tarixi dərsləri və tarixşünaslıq ilə maraqlanmış və kokuqakunun (Yaponiyanın Edo dövrünün ortalarında sıx maraq görmüş elm sahəsi) pozitivist budağını meydana gətirmişdir.

1937-ci ildə Helen Keller (Helen Adams Keller – amerikalı kor-kar yazıçı, müəllim və ictimai xadim) Yaponiyaya gəlmiş və Hokiiçinin xatirə evini ziyarət etmişdir. O, təəssüratlarında qeyd etmişdi: “Uşaqkən anam mənə dedi ki, cənab Hanava sənin rol modelindir. Buranı ziyarət etmək və onun heykəlinə toxunmaq Yaponiyaya səfər zamanı mənim üçün ən əlamətdar hadisə idi. Onun adının su axarı kimi nəsildən-nəslə keçəcəyinə inanıram”.

İpək üzərində Hanava Hokiiçinin rəsmi, fırça ilə. (Hiroco Sumiyoşi (Hironuki)) şəxsi kolleksiya, Fukuşima prefekturası, vacib mədəni mülkiyyət. Vikipediya - elektron ensiklopediya.
İpək üzərində Hanava Hokiiçinin rəsmi, fırça ilə. (Hiroco Sumiyoşi (Hironuki)) şəxsi kolleksiya, Fukuşima prefekturası, vacib mədəni mülkiyyət. Vikipediya – elektron ensiklopediya.
Sevinc Nur © yapon.az 2017