“Heç bir şagird zibil deyil!”

  • Drama: GTO: Great Teacher Onizuka (2012)
  • Yapon dilində: GTO
  • Direktorlar: Kazuhisa İmai, Toru Otsuka
  • Ssenarist: Tohru Fucisava (manqa), Masaki Fukasava
  • Efir kanalı: Fuji TV
  • Seriya: 11
  • Efirə verilmə vaxtı: İyul 3 – sentyabr 11, 2012-ci il
  • Kanalda verilmə vaxtı: Çərşənbə axşamı, saat: 22:00
  • TV-də reytinqi: 13.2%
  • Janrı: Məktəb draması
  • Dil : Yapon dili
  • Ölkə: Yaponiya

Film haqqında

gto-2012-manga-cover
GTO. Orijinal manqa

Onizuka iki dostu ilə birlikdə balaca evdə yaşayan, günlərini yarımştat işlər görməklə keçirən əyləncəli insandır. Daha öncə iki dostu ilə birlikdə Yaponiyanın tanınan döyüş ustası olublar. Daha sonra üç dost bir-birinə söz verib öz işlərini qururlar. Lakin bu işdə bacarıqsız olan Onizukadır. Getdiyi hər yerdə problem yaradıb işdən çıxır.

Bir gün məktəbdə bağbanlıq işində olanda, məktəbdən qovulmuş şagirdlər məktəbə gəlir. Onlar məktəbin hər yerini dağıdanda başçı müəllim Onizukaya “zibil”lərin dərsini verməyi əmr edir. Onizuka isə bunun əvəzinə başçı müəllimin dərsini verir. “Heç bir şagird zibil deyil!” – deyib oranı tərk edir.

Onizukanın hərəkəti məktəb yeməkxanasında işləyən qadın paltarı geyinən direktorun xoşuna gəlir. “Əsl müəllim belə olmalıdır!” – deyib Onizukanı axtarıb tapır.

Onizukanı məktəbdə müəllim işləməyə razı saldıqdan sonra ona məktəbin ən çətin sinfinə başçı müəllim təyin edir

Görəsən məktəb direktorunun planı nədir? Onizuka məktəbdə olan problemləri həll edə biləcəkmi?

Həm əyləncəli, həm öyrədici olan bu çoxseriyalı filmə baxmağı hər kəsə məsləhət görürəm.

Öz janrında ən çox baxılan filmdir. 2014-cü ildə bu filmin davamı yenidən çəkilib.


Rollarda

  • Akira – Eikiçi Onizuka
  • Miori Takimoto – Azusa Fuyuzuki
  • Yuu Şirota –   Ryuci Danma
  • Yusuke Yamamoto – Toşiyuki Saecima
  • Ryosei Tayama – Hiroşi Uçiyamada
  • Hitomi Kuroki Yoşiko Sakurai
  • Eri Fuse – Hiroko Sannomaru 
  • Noboru Takaçi – Tetsuo Haşimoto
  • Saori Takizava – Şoko Moritaka
  • Masato Yano – Suquru Teşigavara
  • Suqi çan – Hacime Fukuroda
Gülşən Cabbarlı © yapon.az 2015