Yaponiya Asiya-Sakit okean regionunda liderliyi əldə saxlayır. O, nadir ölkədir ki, qısa zaman kəsiyində orta inkisaf etmiş ölkədən sürətlə inkişaf edən ölkəyə çevrilmişdir. Belə ki, II Dünya müharibəsində iqtisadiyyatı dağılmış olan Yaponiya hələ keçən əsrin 70-ci illərindən ümumi daxili məhsul (ÜDM) istehsalına görə dünyada 2-ci yerə çıxmışdır. Təsadüfi deyildir ki, bunu “Yaponiya möcüzəsi” adlandırırlar. Hal-hazırki Yaponiya dünyanın nəhəng maliyyə mərkəzi sayılmaqla 6 iri transmilli korporasiyasına malikdir (TMK). Ölkədə AES-lərin tikilməsinə gec başlanılsa da, bu sahədə böyük nailiyyətlər (20 AES var) əldə edilib, məişətində daha çox elektron cihaz və kompyuter vardır. 

Bəs amerikalıların “iqtisadi möcüzə” adlandırdıqları yüksəlişin əsas səbəbi nədir? Aparıcı xüsusi şirkətlərə dövlət yardımının olması, əhalinin təhsil və mədəniyyət səviyyəsinin yüksəkliyi, istehsal nailiyyətləri, əmək intizamının daha yüksək olması, böyük sayda kiçik müəssisələrin varlığı,z aman və məkanla hesablaşmaq vərdişi, ETT-nin nailiyyətlərinin səviyyəli tətbiqi Yaponiya iqtisadiyyatının “iqtisadi möcüzələrinin” əsaslarından hesab edilməlidir.

Daha ətraflı təsnifatlaşdırsam, hal-hazırda Yaponiya demək olar ki, Asiya-Sakit okean regionunda mərkəzi mövqe tutur. Belə vəziyyət Yaponiyaya xammalların, yanacağın, sənaye məhsullarının idxal olunmasını, eləcə də, hazır sənaye və kənd təsərrüfatı məhsullarının ixrac olunmasını daha da sürətləndirir.

Yaponiya Asiyada dünyanın yeganə inkişaf etmiş ölkəsi (İEÖ) kimi tanınsa da başlıca tərəfdaşları hesab edilən digər İEÖ-dən və regionlardan, – ABŞ, Qərbi Avropadan, xeyli uzaqda yerləşməsi, onun xarici iqtisadi əlaqələrinin yerinə yetirilməsi baxımından bir o qədər də əlverişli coğrafi mövqeyinin olmamasını göstərir. Qərbi Avropa ölkələrindən 20 min km uzaqda yerləşən Yaponiya ABŞ-dan 9 min km məsafədədir.

Yaponiya yerləşmə xüsusiyyətinə görə dünyanın bir çox ölkələrindən fərqlənərək şimal-şərqdən cənub-qərbə doğru 3400 km məsafədə uzanan arxipelaq dövlətidir. Onun tərkibində irili-xırdalı 4000-dən çox ada olsa da, ərazinin özəyini 4 böyük – Honşu (230,4 min kv.km), Kyuşu (42,0 min kv.km), Şikoku (17,8 min kv.km) və ərazisi 77,7 min kv.km olan Hokkaydo təşkil edir. Böyük adalar bir-birilə körpülər və tunellərlə əlaqəlidir.

Təbii şəraitin aparıcı elementi olan iqlim Yaponiya üçün çox münasibdir. İqlimin formalaşmasına yayda tayfunlarla, leysan yağışlarla müşahidə olunan mussonlar, isti okean cərəyanı hesab edilən Kurosio və soyuq okean cərəyanı Oyasio çox böyük təsir etməkdədir. Orta illik yağıntıların miqdarı 1700-2000 mm arasında tərəddüd edir. İqlimin belə xarakterdə olması müxtəlif kənd təsərrüfatı məhsulları əldə etməyə və ildə 2-3 dəfəyə qədər məhsul götürməyə imkan verir.

Yaponiyada çaylar qısa və azdır. Gəmiçiliyə yararlı olmasalar da, hidroenerji mənbəyi kimi və təsərrüfatda istifadə olunurlar. Atmosfer yağıntılarının və il ərzində günəşli günlərin sayının çoxluğu Yaponiyada meşələrin ümumi ərazinin 70 %-ni örtməyə imkan vermişdir.

Yaponiyada filiz və qeyri-filiz yataqları da istimar olunur. Belə ki, orta keyfiyyətli kömür, qızıl, mis, qurğuşun sink və s .vardır.

japan.jpg
İqtisadi azadlıq indeksi 2017, Yaponiya. heritage.org

Son illərdə Akita, Niiqata və Yapon dənizi sahillərində neft yataqları aşkarlanmışdır və ehtiyatı 200 milyon tondan çox deyildir. Honşunun şimal hissəsində ehtiyatı 30 mlrd. kubmetrə çatan təbii qaz yataqları vardır.

Qərbin İEÖ-də fəaliyyət göstərən 14 nəhəng qara metallurgiya müəssisələrindən ildə hər biri 7 mln. ton-dan çox məhsul verə bilən 8-i Yaponiyadadır. Hal-hazırda Yaponiya ildə 111 mln. ton polad əridərək dünyada Çindən sonra 2-ci yeri tutur. Yaponiya hər il ABŞ, Çinə, Cənubi-Şərqi Asiya ölkələrinə 30 mln. tondan çox polad ixrac edərək bu sahədə dünyada liderlik edir.

Az torpaq sahəsinə malik olsa da özünün tələbatının 50%-ni yerli kənd təsərrufatı məhsulları ilə ödəyir. Nadir ölkədir ki, istehsalın intensivləşdirilməsi və məhsuldarlığın artırılmasına görə ABŞ və Qərbi Avropa ölkələrindən qabaqdadır. Təbii resurslar ilə kasıb olan ölkə ,dünya bazarından ucuz xammalı alıb nisbətən bahalı hazır məhsullar satmaq məqsədilə ixracat əhəmiyyətli təsərrüfat sahələrini sürətlə inkişaf etdirir.

Deyilənlərlə yanaşı, o, emaledici sənaye sahələrinin bir çoxunu daha böyük bazara, ucuz işçi qüvvəsinə, sabit valyutaya malik olan ölkələrə köçürməkdədir. Hazırki Yaponiya dünya bazarını ən müasir avtomobillər, elektron cihazlar, kompyuter və robot texnikası ilə təmin etməkdədir. Bu azmış kimi, o, öz kapitalını dünya ölkələrinə, o cümlədən, Dünya Bankı sayılan ölkələrin təsərrüfatlarına təkidlə daxil edir. Bir-birinin ardınca ABŞ, Avropa ölkələri, Avstraliya, Asiyanın öndə dedən ölkələrində, hətta Afrikada öz texnologiyasnı tətbiq etməklə müasir tələblərə uyğun məhsul verən sənaye sahələrini inkişaf etdirir. Təkcə onu qeyd etmək gərəkdir ki, hazırda ABŞ-da 1 milyondan artıq yerli işçi qüvvəsi yaponların yaratmış olduqları müəssisələrdə çalışırlar.

1970-ci illərin ortalarında ölkədə enerji böhranı baş verdiyi andan alternativ enerji mənbələrindən də istifadə olunmağa baslanmışdır. Belə ki, burada külək, günəş, qabarma-çəkilmə, geotermal enerji mənbələri də istehlaka xidmət etməkdədir. 1980-cı ilin ortalarında ümumi gücü 10,8 mln. kvt olan və nəinki Yaponiyada, eləcə də, bütün dünyada ən büyük AES hesab edilən Fukuşima tikilərək elektrik enerjisi hasil etməyə baslamışdı.

Maşmqayırmanın illik məhsul istehsalının miqdarına görə, Yaponiya dünyada ancaq ABŞ-dan geri qalır. Maşınqayırma özünün universal quruluşa malik olması ilə, tam nomenklaturalılığı ilə tanınır. Onun çox sahəsi beynəlxalq ixtisaslaşmış sahə kimi özünü göstərir. Maşınqayırma məhsullarının ixracına görə Yaponiya dünyanın 1-cisi hesab edilir. Deyilənlərdən aydın olur ki, maşınqayırma da ölkə sənayesinin döyünən ürəyini təskil edir. Yaponiyada maşınqayırma köhnə, yeni ən yeni növ sahələri özündə birləşdirir.

Ölkədə və ölkədən kənarda fəaliyyət göstərən Yaponiya avtomobil müəssisələrində 6 mln-dan çox işçi xidmət edir. Yaponiyada avtomobil istehsalı ildən-ilə artır. Belə ki, 1960-cı ildə cəmi 760 min ədəd avtomobil buraxılmışdırsa müasir dövrdə onun sayı 13,0 mln. ədədə cataraq dünyada 2-ci yeri özünə təmin etmişdir (ABŞ-dan sonra).

Gəmiqayırma Yaponiya müəssisələrinin ən qədimi hesab edilir. Gəmiqayırma və gəmi təmiri müəssisələri ölkənin bütün sahil zonalarında yaradılsa da, onların ən böyükləri daha iri limanları – Yokohama, Naqasaki, Kobedə fəaliyyət gostərir.

Yaponiya dünyanın ən böyük dəniz dövlətidir. Bütün xarici ticarət əlaqələrinin 98 %-i dəniz nəqliyyatı ilə həyata keçirilir. Ölkənin dəniz flotunda 10 mindən artıq gəmi vardır (dünyada 1-ci yeri tutur). Tonnajına görə dünyada o, Panama, Liberiya, Yunanıstan, Baham və Kiprdən sonrakı 6-cı yerdədir.

20067917_1505865399470054_1224292523_n

Yaponiya dövləti həm də müxtəlif təyinatlı qrantlar ayırmaqdadır. “Ot Kökləri və İnsan Təhlükəsizliyi” Qrant Yardımı Proqramı (qısaca “Ot Kökləri” üzrə Qrant Yardımı) Yaponiya höküməti tərəfindən 1989-cu ildə inkişaf etməkdə olan ölkəlin (İEOÖ) müxtəlif sosial-iqtisadi ehtiyaclarını qarşılamaq üçün təqdim olunmuşdur. 2000-ci ildən bəri Yaponiya höküməti Azərbaycanda da “Ot Kökləri” üzrə Qrant Yardımı çərçivəsində müxtəlif sahələrdə ümumilikdə 200-dən çox layihə həyata keçirib.

Başlıq şəkil: Tokioda sənaye limanında konteynerlər və kranlar qarşısında Yaponiya bayrağı, Yaponiya, 25 yanvar 2017. REUTERS / Kim Kyung-Hoon
Ramin Məmmədli © yapon.az 2017