• Susuvatari nədir?
  • Onların Totoro ilə əlaqəsi nədir?

İzləyənlərin gözündən qaçmayıbsa animellərdə hamı həmişə nəsə təmizləyir. Bu real həyatda da belədir. Yaponlar daim təmizləyən, bəzən isə təmizliyə biganə və hətta çox pinti görünən ziddiyyətli insanlardır…

Yadınızdadırsa, “Mənim qonşum Totoro” animesində yeni evə köçən ailənin qızları – Satsuke və balaca Mey arxa tərəfdən hamamın qapısını açanda qara tüklü kiçik meymuncuqlar qaranlığa çəkilirlər. Ata izah edir ki, sürətlə işıqdan qaranlığa keçəndə insan gözündə belə qara ləkələrin yaranması normaldır. Qonşulaqda yaşayan Kanto nənə isə onları susuvatari adlandırır. Deyir ki, səyahət edən hislər və ya hiss ruhları evin yeni sahibləri gəldiyi üçün məşvərət edib, başqa ev tapıb gedəcəklər. Onların heç bir ziyanı yoxdur, işıq düşməyən, kimsə yaşamayan evlərdə olurlar. Əslində isə susuvatari yoxdur. Daha doğrusu, Miyazaki tərəfindən yaradılan xəyali yokaidir və “qara hislə (kif)” eyniləşdirilir.

[youtube https://www.youtube.com/watch?v=3WxAvNfwDrw&w=560&h=315]

Animedə təsvir olunan obraz – susuvatarilər (ススワタリ, 煤渡り) kiçik qara tüklü canlılardır. Yaponiyada onları makkuro kurosuke (tam mənası ilə – “qara sahə”, “qara”, “səyahət edən hislər”) adlanır. Orijinalda animedə Satsuki və Mey onları qovmaq üçün, “Makkuro kurosuke, rədd olun! Yoxsa gözlərinizi oyarıq!” deyirlər. Rus dilindəki dublyajda ​​onlara “barabaşki” deyilir.

Yaponiya rütubətli ada ölkəsidir. Yalnız şimal adasında yayda rütubəti gün tamamilə qurudur. Düzdür, şimal adasında hava Bakıdan daha sərin və daha az rütubətli olsa belə təmizlənmədikdə daim bağlı pərdələrin ardında gün işığına həsrət qalan, qışda yetəri qədər isidilməyən evlərdə hamam, hamamdakı əşyalar (diş fırçalarının tutacaqlarına qədər), otaqlarda döşəmə, divar, əşyalara və paltarlara qədər hər yerdə qara nöqtələr əmələ gəlir. Hamamı minimum 3 gün, ən yaxşı halda 5 gün (1 həftə) onlardan təmiz saxlamaq olur. Onları təmizləmək üçün xüsusi vasitələr də satılır. Lakin hamam kimi yerdə adi xlor, ev əşyalarında isə adi dırnaq təmizləyən vasitə ilə sürtərək təmizləmək olur.

Yer taxta deyil linonimdən ibarət olduğu üçün hər gün toz, zamanla isə qara hisin yaranmasını müşahidə etmək olur. Üstəlik rütubət, evlərdə havanın yaxşı sirkulyasiya etməməsi səbəbindən yemək bişirərkən yağın və qoxunun evdən çıxmaması və yaranan toz yığını (banny dust)… Yəni, animelərdə təsəvvür edilən balaca qara meymuncuqlar – susuvatarilər elə toz yığını, kif və sairənin ümumiləşdirilməsinin nəticəsidir. Təmizlənmədikdə hər yerdə bizimlədir 🙂

© yapon.az 2017