Ai Tominaqa – Yaponiyanın ən görkəmli simalarından biri, tanınmış top model, aktrisa. O, avqustun 1-i 1982-ci ildə Yaponiyanın Kanaqava prefekturasında anadan olub.

download-1

Ai dünyada məşhur olan dizayner ve dəb jurnalları ilə birlikdə çalışıb: John Galliano, Vivienne Tam, Anna Sui, Christian Dior, Karl Lagerfeld, Gucci, Michael Kors, Ralph Lauren, Dolce and Gabbana, Givenchy, Elie Saab, Alexander McQueen ve Valentino kimi dizaynerlerin paltarlarını numaiş etdirib.

Məşhur jurnalların üz qabığında onun fotosu yer alıb: Amerika, Fransa, İngiltərə, Yaponiya, Rusiya ve Almaniyanin “Vogue” jurnalında, “Harper’s Bazaar” və “i-D” jurnalları ile birgə çalışıb. Bir çox məhşur fotoqraflarla (Annie Leibovitz, Nick Knight, Steven Meisel, Ellen von Unwerth, Mert and Marcus ve Peter Lindbergh) ve top modellərlə (Jacquetta Wheeler, Carmen Kass ve Caroline Ribeiro) birlikdə işləyib.

Tominaqa 2004 Pirelli təqvimində çəkilib.

2004-cü ildə yaponiyalı aşbazla ailə həyatı qurub və 2005-ci ildə bir oğlu dünyaya gəlib. Lakin 2009-cu ildə cütlük boşanıb.

Ai Tominaqa’nın rəsmi saytı.

Nuranə Səmədova © yapon.az 2014