XVIII əsrdə yaşayan Nikolya Konte qrafiti taxtanın içinə saldı, yaponiyalı heykəltəraş isə, sənət əsərləri yaratdı

Karandaşın ucu iti olsun deyə bir neçə dəfə yonmaq, ən sonda karandaşın yarısının qaldığını görmək qədər insanı incidən ikinci hiss yoxdur. Zarafat bir yana, yaponiyalı heykəltaraş karandaşın içində olan qrafiti yonaraq sənət əsərləri yaradır. Biz isə yonmağa davam edək…

Mənbə: japantimes.co.jp
Mənbə: japantimes.co.jp

Heykəltəraş Toşiyuki Yamazaki karandaşın içində olan qrafiti yonaraq müxtəlif hərflər, fiqurlar düzəldir. Qrafiti yonaraq bir hərfi hazırlamaq isə 2 saatdan çox vaxtını alır.

Əsərləri üçün 4B ölçülü karandaşlardan istifadə edən Yamazaki, daha çox yapon hərfləri ilə sözlər yazmağa üstünlük verir. Bu sənətin tezliklə dünyada məşhur olmasına ümid edən heykəltəraş, yaxın zamanda qrafitdən insan potreti hazırlamağı da düşünür.

Şəkillər japantimes.co.jp, japantimes.co.jp, pinterest.com, thisiscolossal.com saytlarından götürülüb.

Gülşən Cabbarlı © yapon.az 2015