Hatsuyume (初夢) – yeni ildə yəni, yanvarın 1-dən 2-nə keçən gün görülən ilk yuxuya deyilir. İnanca görə, bu yuxu insanın həmin il üçün taleyini müəyyənləşdirir. Yaxşı əlamət kimi yuxuda Fuci dağını, şahin və ya badımcan, ən gözəli isə 3-nü də bir arada görmək sayılır. Belə qeyri-adi şeylərin yuxuda görülməsi ilə bağlı inanc həmin sözlərin səslənməsiylə əlaqələndirilir. Belə ki, “fuci” sözü “buci” (firavanlıq), “taka” (şahin) “takai” (yüksək, bahalı) və “nasu” (badımcan və ya həyata keçirmək) /(İçi-Fuci, Ni-Taka, San-Nasubi (一富士、二鷹、三茄子; 1. Fuci, 2. Şahin, 3. Badımcan)/ mənaları verirlər.

Yuxuyla əlaqəli daha inandırıcı versiya isə əsasını general Tokuqava İeyasunun Suruqa əyalətində (indiki Şizuoka perfekturası) olduğu zaman söylədiyi fikirdən götürür. Mövsümdəki ilk badımcanların qiymətini öyrənən general çox təəccüblənir və deyir ki, onun əyalətində badımcandan daha bahalı (yüksək) yalnız Fuci dağı (Yaponiyadakı ən hündür dağ) və Aşitaka dağıdır (“taka” – şahin).

Nazile © yapon.az 2016