Hidetada Yamagişi (山岸秀匡) qısaca, Hide yaponiyalı bodibilder (ing. bodybuilder) iyun ayının 30-u 1973-cü ildə Hokkaido adasında yerləşən Obihiro şəhərində anadan olub. Hələ Hokkaido, Sapporo Asahiqakkou məktəbində oxuduğu vaxtlar futbol, gimnastika, reqbi (Amerika futbolu), cyudo və ağır atletika ilə məşğul olub. Vaseda Universitetində təhsil aldığı müddətdə isə, ağır atletika ilə daha ciddi məşğul olub. İdmanla ciddi məşğul olduğunun 2-ci ilində dövlət universitetləri arasında keçirilən yarışda 1-ci olub və bu adı növbəti ildə də özündə saxlayıb.

Universiteti bitirdikdən sonra da yarışlarda iştirak etməyə davam edib. Eyni zamanda, fərdi məşqçi olaraq işləyib. Nəzərə alsaq ki, o vaxtlar məşqçilər yox deyəcək dərəcədə az idi o, ilklərdən sayılır.

Hidetada Yamagişi. Mənbə: strongman

2001-ci ildə Asiya Bodibildinq yarışlarında birincilik əldə etdikdən sonra Pro (professional) kartı almağa qərar verir. Bu sahədə mütəxəssis olan insanlar ona bu addımı atmamağı məsləhət görürlər, çünki yaponlar, ümumiyyətlə asiyalıların üst dərəcəyə çıxa bilməyəcəyini düşünürdülər. Doğrudan da ilk illər çox çətin keçir. O, ən kiçik yarışlarda belə 15-liyə düşə bilmir. Nəhayət, 2006-cı ildə “Holland GrandPrix”də 4-cü yeri tutur.

O, 2007-ci ildə “Mr.Olimpia” bodibildinq yarışlarında iştirak edən, bununla yanaşı, “Arnold Klassik” yarışına dəvət alan ilk professional yaponiyalı bodibilder olur.

“Weekly Playboy”, “Tarzan” və “İronman Japan” kimi bir sıra idman jurnallarının üz qabığı olub. Fuci televiziyasında tez-tez şərhçi olaraq işləyir. Bundan başqa, öz məşq sistemini izah etdiyi (daha sonra onlar “Döyüşçünün savaşı” (ing. “A Warrior’s Fight”) adlanıb) DVD videolarını çıxarıb.

2008-ci ilin yanvar ayında Amerikanın Kaliforniya ştatında üzərində steroid olması (paylanması ehtimalı da mümkündür) ilə əlaqədar olaraq, həbs edilib, lakin 15 fevral 2008-ci il tarixində bütün ittihamlardan azad edilib.

Evlidir, həm ABŞ-da, həm  də Yaponiyada yaşayır. İdman Qidalanma Elmi üzrə doktorantura dərəcəsi və Akapunktura Müalicəsi etmək sertifikatına sahibdir.

İllər üzrə iştirak etdiyi yarışlar və tutduğu yerlərin siyahısı:

2005-ci il
IFBB, iştirak edib.

2006-cı il
IFBB Grand Prix Austria, 12-ci yer
IFBB Grand Prix Holland, 4-cü yer
IFBB Grand Prix Romania, 6-cı yer
IFBB Ironman Pro Invitational, iştirak edib yer tutmayıb
IFBB San Francisco Pro Invitational, 11-ci yer
IFBB Santa Susanna Pro, 12-ci yer

2007-cı il
IFBB Ironman Pro Invitational, 7-ci yer
IFBB Arnold Classic, 13-cü yer
IFBB Atlantic City Pro, 9-cu yer
IFBB Olympia, 13-cü yer
IFBB Grand Prix Australia, 5-ci yer
IFBB Sacramento Pro Championships, 3-cü yer

2008-cı il
IFBB Atlantic City Pro, 9-cu yer

2009-cı il
IFBB Ironman Pro Invitational, 4-cü yer
IFBB Europa Show of Champions, 2-ci yer
IFBB Olympia, 9-cu yer

2010-cı il
IFBB Olympia, 10-cu yer
Arnold Classic – IFBB, 8-ci yer
New York Pro Championships – IFBB, Açıq, 2-ci yer
Europa show of Champions – IFBB, Açıq, 1-ci yer
Orlando Show of Champions – IFBB, Açıq, 10-cu yer
Phoenix Pro – IFBB, Açıq, 2-ci yer

2011-cı il
IFBB Phoenix Pro, 2-ci yer
IFBB Pro Bodybuilding Weekly Championships (a.k.a. Tampa Pro), 2-ci yer
IFBB Mr.Olympia, 10-cu yer

2012-cı il
NPC Lansing Grand Prix, yer tutmayıb
IFBB PBW Tampa Pro, 3-cü yer
IFBB Dallas Europa Supershow, 2-ci yer
IFBB Olympia Weekend, 15-ci yer
IFBB Arnold Classic Europe, 12-ci yer
IFBB British Grand Prix, 8-ci yer

2013-cı il
IFBB Arnold Classic, 5-ci yer

2014-cı il
IFBB Arnold Classic 212 category, 4-cü yer

Qabil Əli © yapon.az 2014