Trenddə olanlar

Sifariş

yaponiyadan sifaris

 

yapon.az`ın ümumi proqramında mövcud olan bölmələrdən biri də “Azərbaycanda arzusunda olanlara Yaponiyada istehsal olunan məhsulları çatdırmağa çalışacağıq”dır. Bu məqsədlə elektron sifarişlərin qəbuluna başlanılıb.

Lakin yapon.az`ın elektron ticarət sistemi hələ tam yaradılmadığından istifadəçilər (bundan sonra “siz”) istədiyi məhsulu bizə sifariş verərək əldə edə bilər.

Əlimizdən gəldiyi qədər ürəyinizcə və istiyinizə uyğun məhsul tapmağa çalışacağıq.

Sifarişlər EMS-lə (Express poçt) göndərilir və adətən 5, 7 gün müddətində Bakıda olur. Göndərilən banderolun harda olduğu izlənilir.

Yolda baş verən gecikmələr bizdən asılı deyil. Əmin olun, biz sizdən daha çox sifarişlərin Bakıya tez gəlməsində maraqlıyıq.

EMS Yaponiya ilə maraqlananlar üçün qiymətlər burda. Qeyd edək ki, Azərbaycana göndərmə Avropa (II ərazi) qiymətlərilə hesablanır.

QEYD: Nəzərə alın ki, ümumi banderolla göndərmə zamanı yolpulu azalır. Lakin tək göndəriş yuxarıdakı keçiddə verildiyi kimi çəkiyə görə artan qiymətlərlə hesablanır.

Etimada görə təşəkkürlər. Hər kəsə xoş və uğurlu seçimlər diləyilə 🙂

© yapon.az 2015