Trenddə olanlar

Anime – manqa

manga

 

♥ Anime

Anime (yaponca アニメ) – animasiya sözündən olub, ümumilikdə, Yaponiya animasiyası mənasını verir. Hər halda anime deyəndə ağıla ilk növbədə məhz bu gəlir. Başqa ölkələrin çəkdiyi cizgi filmlərdən fərqli olaraq, anime əsasən yeniyetmə və böyüklər üçün nəzərdə tutulur və buna görə də dünyada məşhurdur.

1907-ci ildə yaranan anime artıq 1960-cı ildən etibarən inkişaf edib. “Osamu Tezuka” adlı anime ilə isə, 1980-ci ildən bütün dünyada tanınmağa başlayıb.

Hazırda animelər nəinki Yaponiyada, həm də bütün dünyada kütləvi auditoriyaya sahibdir. Animelər öz növbəsində Qərb cizgi filmlərindən daha çox fəlsəfi və bütün yaş dövrlərini əhatə etdiyi üçün öz popularlığını qoruyub saxlamaqda davam edir.

♥ Manqa

Yaponiyada Amerikanın təsirini hiss etməmək mümkün olmadığı kimi, ilk tərcümə olunmuş manqanın buraxıldığı ölkələrdən birinin ABŞ olması da təəccüblü deyil. Demək olar ki, bütün manqalar ağ-qara çəkilir, hərçənd rəngli manqalar da var. Popoulyar manqalara animelər çəkilir.

20130510-DSC_0074

Manqa (yap. 漫画, マンガ) və ya kommiku (コミック) – yapon komiksləridir. “Manqa” sözü hərfi tərcümədə “qrotesklər”, “mübaliğəli (və ya gülünc) şəkillər” deməkdir.

Günümüzdə mövcud olan manqa forması İkinci dünya müharibəsindən sonra inkişaf etməyə başlayıb. Manqanın hazırki mövzularına Qərb ənənələr çox təsir etsə də, qədim yapon incəsənəti, əfsanə, miflərinə söykənən kökləri var.

Yaponiyada bütün yaşda olan insanlar, demək olar ki, manqa oxuyur, ona həm təsviri incəsənət, həm də bədii ədəbiyyat nümunəsi kimi ehtiram göstərirlər, buna görə də müxtəlif janr və müxtəlif mövzularda manqalar mövcuddur; macəra, romantika, idman, tarix, yumor, elmi fantastika, qorxu, erotika, biznes və s.

Baxmayaraq ki, manqalar Qərb komikslərinin təsri altında inkişaf ediblər, qrafik və bədii cəhətdən onlardan kəskin fərqlənirlər.

Böyük gözlər…

Böyük gözlər – dünyanı xilas edəcək, elə gəlmirmi?! İlk dəfə Osamu Tedzukonun bu üslubda çəkdiyi qız baş qəhrəmanlar, sonradan digər bütün manqalara təsirsiz ötüşməyib və böyük gözlər Yaponiya manqasının fərqləndirici cəhətlərindən biridir. Həm də manqalar həmişə soldan sağa oxunur.

1950-ci ildən etibarən manqa Yaponiya nəşriyyatlarının əsas sahəsinə çevrilir və bütün dünyada məşhurlaşır. 2006-cı ilin məlumatlarına əsasən, ABŞ-da manqanın satışından gələn gəlir 200 milyon dollar təşkil edib. Həmin ildə Yaponiyada həmin rəqəm 400 mln dollara bərabər olub.

Yaponiyada nəşriyyat məhsularının 1/4-ni manqalar təşkil edir. Demək olar ki, bütün Yaponiya nəşriyyat evləri manqa dərc edirlər.


Maraqlı: İkinci dünya müharibəsi illərində manqadan təbliğat və təşviqat məqsədləri üçün də istifadə olunub və onun nəşri dövlət tərəfindən maliyyələşdirilib. Həmin manqalar bahalı kağızlarda və yüksək keyfiyyətlə nəşr olunurdu. Lakin müharibədən sonra ölkə xarabalığa çevrildiyindən ən ucuz kağızlarda nəşr olunur. Elə həmin vaxt Osamu Tedzukanın “Yeni dəfinələr adası” manqası – müharibənin ağırlığını üzərində daşıyan bir ölkə üçün fantastik – 400.000 nüsxə ilə nəşr olunur (O.Tedzuka eyniadlı “Cinayət və cəza” manqasının da müəllifidir).


Məşhur əsərlərin tirajı “One piece” və “Naruto” “Harri Potter” kimi seriya kitabların tirajilə müqayisə oluna bilər. Lakin bu rəqəmlər getdikcə düşür. Səbəb isə, 80-90-ci il müəlliflərinin böyük auditoriyaya istiqamətlənərək gənclərin maraqlarını nəzərə almadan anime çəkmələri, həmçinin, kompyuter oyunlarının daha geniş yayılması, demoqrafik problemlər və s. göstərilir.

© yapon.az 2014