Trenddə olanlar

Yaponiyadakı universitetlər

Sürət qatarının vətəni olan Yaponiyada əriştə və ramendən dadıb, sakuranın çiçəklənməsinə canlı-canlı tamaşa edərək oxumağı xəyal edirsinizsə, yalnız axtarışlarınızı hardan başlayacağınızı bilmirsinizsə, sizin üçün universitetləri bir arada tolpadım.

Öndə gedən universitetlər

Tokio Universiteti
Tokyo Universiteti

Tokyo Universiteti

Tokyo Universiteti və ya “Todai” ümumidünya reytinqində Yaponiyanın yerini ən yüksək pillələlərdə qoruya bilir və çox güclü qlobal nüfuza sahibdir. Müasir dillər, fizika və astronomiya, kimya, maşınqayırma və kimya mühəndisliyi üzrə dünyanın ilk 10-luğunda yer alır. QS Dünya Universitetləri reytinqindəki 48 fəndən 40-da fərqlənən Tokyo Universiteti bu fənlərin hər biri üçün qlobal ilk yüzlükdə yer alır.

İnternet səhifəsi

Meici Universiteti

Meici Universiteti

Meici Universiteti Yaponiyanın müasir dövrünün ilk illərində, 1881-ci ildə 3 gənc hüquqşünas tərəfindən Meici Hüquq Məktəbi olaraq qurulub. Şüarı “Hüquq və azadlıq, müstəqillik və özünüidarəetmə” ilə o, Yaponiyanın qabaqcıl özəl universitetlərindən biri olmağa davam edir. Tokionun mərkəzində yerləşir. 10 lisenziyalı məktəb, 12 aspirant məktəbi və dörd peşəkar məzun məktəbini özündə birləşdirir və dünyaya əhəmiyyətli töhfələr verməyi hədəfləyir.

İnternet səhifəsi

Osaka Universiteti
Osaka Universiteti

Osaka Universiteti

Yaponiyanın üçüncü ən sıx şəhərində yerləşən Osaka Universiteti “Handai” olaraq da tanınır. QS Dünya Universitetləri sıralamasında 67-cidir. Bir sıra tədqiqat sahələri arasında güclü nüfuza sahibdir, dünya səviyyəsində ən yaxşı 27 fənn arasında, o cümlədən, kimya, kimya mühəndisliyi, fizika və astronomiya, stomatologiya və materialşünaslıq üzrə qlobal ilk 50-liyə daxildir.

İnternet səhifəsi

Hokkaido Universiteti

Hokkaido Universiteti

Hokkaido Universiteti Yaponiyanın 5-ci ən böyük kosmopolit şəhəri olan Sapporonun mərkəzində yerləşir. 135 ildən çoxdur qurulan Hokkaido Universiteti geniş sahələrdə ən yaxşı və parlaq alimləri dəstəkləyən qabaqcıl tədqiqat mərkəzlərinə malikdir. Hokkaido, güclü sənaye-akademiya-hökumət ittifaqları tərəfindən dəstəklənən dünyanın ən yaxşı sağlamlıq elmi və tibb sənayesi qruplarından birini yaratmağı hədəfləyir.

İnternet səhifəsi

Kyoto Universiteti
Kyoto Universiteti

Kyoto Universiteti

Yaponiyanın köhnə paytaxtı Kyoto şəhərində yerləşən Kyoto Universiteti 35-ci sıraya yüksələn ikinci universitetdir. Ən son nəşrdə işıqlandırılan 48 fəndən 35-də dünyanın ən yaxşıları arasında yer alır: bioloji elmlər, kimya mühəndisliyi, mülki mühəndislik, texniki elmlər, müasir dillər və fizika və astronomiya da daxil olmaqla bir neçə fənn üzrə dünyanın ilk 50-ləri sırasında yer alır.

İnternet səhifəsi

Keio Universiteti

Keio Universiteti

Keio Universiteti təhsil, tədqiqat, tibb, tibbi xidmət, sosial qarşılıqlı əlaqə və beynəlxalq əməkdaşlığın inkişaf etdiyi müasir universitetdir. Keio xarici tələbələr üçün əlçatan təhsil mühiti yaratmaq üçün ingilis dilində təhsil və tədqiqat proqramlarını təmin etməyə səy göstərir. Dil dərslərindən başqa, 1000-dən çox fənn ingiliscə aparılır. Bundan əlavə, bəzi fakültələrdə və aspirant məktəblərində ingilis dilində tədris olunan dərəcə proqramları mövcuddur.

İnternet səhifəsi


Bakalavr, magistr və doktorantura təhsili üçün digər


Sevinc Nur © yapon.az 2020