Yaponiya arxipelaqına 3 minə qədər böyük və xırda adalar daxildir. Bunlardan ən böyükləri HonşuHokkaido, Kyuşu və Şikoku adalarıdır. Hazırda Yaponiyada əhalinin sayı 130 mln-a yaxındır.

Şərqi və Mərkəzi Asiya ölkələri içərisində Yaponiya şəhər əhalisinin sıxlığına görə birinci yerdə durur. Əhalinin 80%-i şəhərlərdə yaşayır. Yaponiya monoetnik ölkədir. Yəni onun əhalisinin 99%-ni yaponlar təşkil edir. Yaponiyanın yerli əhalisi aynular (ainu) hesab olunurlar. 20 min nəfərdirlər. Bundan başqa, Yaponiyada 700 min koreyalı, 80 min çinli, 23 min amerikalı, 6 min filippinli, 5 min ingilis, 2 min hindli və 2 min nəfər kanadalı yaşayır.

%d bloggers like this: