Ehmed Ulvi

Əhməd Ülvi

Ülvi Əhmədov V.N.Karazin Xarkov Milli Universitetinin (Ukrayna) Hüquq fakültəsini bitirib.

Hobbisi müxtəlif dövlətlərin qəpik pul kolleksiyasını yığmaqdır.

Sənədli tarixi və elmi flimləri izləməyi sevir. Haruki Murakaminin “Norvec meşəsi”, Orhan Pamukun “Qar”, Albert Kamusun “Yad” əsərləri favoritləri arasındadır.

Stinqin ifasında “Shape of my heart” musiqisini çox bəyənir.

Həyat fəlsəfəsi: “Həyatı Günəş şüaları qədər parlaq et!”dir 🙂


Huseyn Eskerov

Əsgərov Hüseyn 

İlk könüllü yazar Hüseyn Əsgərov Azərbaycan Texniki Universitetini (magistr, Sənaye Elektronikası) bitirib. 

Yapon dilində sərbəst danışır, Yaponiya mətbəxi ilə maqrqlanır və musiqisini sevir, rəqəmsal rəsm (manqa və anime “style”) çəkir. Bununla kifayətlənmir və də müştəri xidməti və satış mövzularında təlimlər hazırlayır və həyata keçirməklə məşğul olur.

Detektiv əsərləri oxumağı sevir. Aqata Kristinin hansı əsərini daha çox sevdiyini seçə bilmir 🙂 .

Həyat fəlsəfəsi: 七転び八起き (⌈Nanakorobiyaoki⌉ – “Fall down seven times, get up eight”).

Yamaquçi Momoenin “Sayounara no Mukouqava”, “Vagakki Band” qrupunun ifasında “Senbonzakura” sevdiyi musiqiçi və mahnılardır.

Onun fikrincə, həyat bir dəfə insana verilir və insan yaşayınca, qarşısına məqsədlər qoyub onlara çatmaq üçün əlindən gələni etməlidir və öz istədiyi kimi yaşamalıdır.


Əlizadə Xəyalə

Bakı Biznes Universitetini bitirib. Hələ uşaq vaxtından baxdığı “Sailor Moon” animesi sayəsində Yaponiyaya marağı yaranıb. Təhsil aldığı müddətdə yapon dilini öyrənməyə başlayıb. Yapon dili ilə yanaşı koreya dilini də öyrənir. Hindistan, Yaponiya, Çin və Koreya musiqilərini dinləməyi sevir. Qərb ədəbiyyatına da marağı vadır.

Yaponiya mədəniyyətində onu ən çox cəlb edən şodou və sadou sənətidir. Bundan əlavə, yapon adət-ənənələri, mifologiyası və aikidou döyüş sənətinə marağı vardır.

Yapon filmlərindən ən çox sevdiyi “Rurouni Kenşin”, “An (Sweet Bean)” və “Şiavase no Pan”dır.

Həyat fəlsəfəsi isə “信じる心があなたの魔法です!”( İnanan qəlbin, sənin, sehrindir! )

O, hər il ölkədə keçirilən AZECON-da (Azerbaijan Cosplay Convation) fəal iştirak edən kospleyerdir.

2019-cu ildən yapon.az-da könüllü yazar kimi fəaliyyət göstərir. Məqalə yazarkən əyləndiyi üçün bu hissi oxuyucularına da bəxş etmək istəyir. Onun fikrincə, yazısı nə qədər əyləncəli olsa, oxucu bir o qədər keyf alacaqdır.


Guler Nursu

Nursu Gülər

Azərbaycan Dillər Universitetinin “Yaponiyaşünaslıq” ixtisasında təhsil alır.

Yapon, koreya dillərini öyrənir. Bir gün sevimli yazıçısı Qabriel Qarsiya Markezin əsərlərini orijinaldan oxumaq üçün ispan dilini öyrənməyi də planlarına əlavə edib. Yaponiya ədəbiyyatından ilk dəfə Yasunari Kavabatanın “Dağın səsi” romanını oxuyub və bu, həmin ölkəyə doğru atdığı ilk addım olub.

Asiya ilə bağlı hər şey onu cəlb edir. Hind, yapon və hip-hop rəqsləri ilə məşğul olur. Hobbisi şeir oxumaqdır. Minlərcə şeir əzbər bilir.

Musiqi zövqü çox dəyişkəndir. Azərbaycan retrosu, hind, jpop, kpop-a üstünlük verir.

Qərb ədəbiyyatından başqa, film sənayesi ilə maraqlanır. Hollywood-un heç bir möhtəşəm filmini qaçırmır. “Xaç atası” və “Şouşenkdən qaçış” onun üçün əfsanədirlər.

Onu irəliyə aparan hər zaman bu fikir olub : “もしあなたの夢があなたを不安にさせないのであれば、その夢は十分に大きくありません…” (Əgər arzuların səni qorxutmursa, onlar yetəri qədər böyük deyillər).


Ramil Memmedli

Məmmədli Ramin

Azərbaycan Müəllimlər İnstitutunun Tarix və Coğrafiya bölümünü bitirib. Hazırda orta məktəbdə müəllim çalışır.

Yaponiya ilə ilk tanışlığı illər öncə yapon dili kurslarına qatılmağımla başlayıb.

İntellektual oyunlar, debat şoularda iştirak edib. Elmi-kütləvi əsərləri oxumağı, sənədli filmləri izləməyi sevir.

Hobbisi elektron kitabları toplamaqdır.

Sevdiyi əsərlər: Cek London “Martin İden”, Yasunari Kavabata “Rəqqasə İdu”, Çingiz Abdullayev “Payız madriqalı”, A.Ş.İzgören “Avucunuzdaki kelebek”, Vsevolod Ovçinnikov “Sakura budağı”.

Klassik caz və Jpop janrını dinləyir. Vaqif Mustafazadə, Francis Lai və Michael Jackson, Love sevdiyi musiqiçi və musiqidir.


selcanYağmur Selcan
Uşaqlıqdan Yaponiya mədəniyyətinə maraq duyub. 2016-cı ildən yapon dilini öyrənmək qərarı alıb.

Selcan yapon toplumunun ziddiyətli, insanlar arası münasibətlərin tabularla dolu olması, bir tərəfdən isə incəsənət, media və əyləncə sektorlarında ağılalmaz azadlığın qoruna bilməsinə heyranlıq duyur.

Yapon “grotesk”ini sevir.

Yapon ədəbiyyatından ən bəyəndiyi kitablar Ryu Murakaminin “İn Za Miso Suupu” və Osamu Dazainin “Ningen Şikkaku”sudur.

Buck-Tick – “Muma the Nightmare” illərdir ki, ən sevdiyi mahnıdır.

Selcan həm də Avropa incəsənətinin, daha doğrusu, rəsminin aşiqidir və bu mövzuda olan biliklərinə çox güvəndiyini deyir.

Bundan başqa, “Peking Operası”nın fanatıdır. Estetika və meta-etika mövzuları ilə maraqlanır. Həyat fəlsəfəsi hedonizmdir.

© yapon.az 2019