Sitatlar

İnsanın iradəsi belə öz səlahiyyətində deyil.

© “Berserk” (ベルセルク), 1997.

Advertisements

– Hələ böyümədən səhv etməyi öyrənmək lazımdır.

– Öyrənmək?!

– Gənc olanda tez sağalır insan. Əgər yıxılmağı indi öyrənsən sonra qalxmaq daha asan olacaq. Yuxarı yaşlarda (böyüyəndə) hər yalnış – ürəyə sancılmış qılınc kimidir. Nə qədər ki, öz üzərinə məsuliyyət götürürsən, onda səhv etməyə daha az haqqın çatır.

© “Mahou Şouco Madoka magika”/ “Mahou Shoujo Madoka☆ Magica”, 2011.

Qorxu – azadlıqdır. Tabe olmaq isə, qurtuluş. Ziddiyyət elə həqiqətin özü. Dünyanın qanunları belədir.

© “Kill la kill”, 2013.

Biz səninlə eyni hadisələrin şahidi olmuşuq. Amma hər birimiz öz seçimini edib: mübarizəyə davam etmək və ya geri çəkilmək. Yəqin ki, bu seçim insanın döyüşə bilib-bilməməsindən asılıdır.

© “Kleymor” (クレイモア, ing. “Claymore”), 2007.

Qalxan və ya qılınc kimi daim səninlə olan dostlara sahib ola bilməzsən.

© Kirito. “Qılıncoynatma sənəti”, 2012. 

Başqalarından eşitdiyi həqiqətlər əsasında əşya və hadisələr haqqında fikir yürütmək mümkündür, məsələn, günəşli hava əhvalı qaldırır, yağışlı gün isə bədbinləşdirir. Bunlar sənə deyiləndə onları həqiqət kimi qəbul edirsən. Lakin sənin öz həqiqətlərin ola bilər. Hər şeyi əksinə edə, yağışa da sevinə bilərsən. Asanlıqla həqiqətini dəyişə bilərsən, çünki o insanlarda daimi deyil.

© “Evangelion”

Mübarizə apar! Bunun üçün can da fədadır! Dünya dəhşətli və qəddar ola bilər, bu, vacib deyil! Sərt və qorxunc ola bilər, nə olsun ki?! Mübarizə apar! Mübarizə apar! Mübarizə apar!

© Eren, “Şingeki no kyocin”/ “Attack on Titan”/ 進撃の巨人, 2013.

Düşmənin gücünü biləndən sonra qorxmağa başlayırsansa, quyruğunu qısaraq qaç. Yox əgər ruhun güclü, ağlın aydın olacaqsa sən mütləq qalib gələcəksən.

© “Tamdəmir kimyagər: Qardaşlıq” (“Fullmetal Alchemist: Brotherhood”/  鋼の錬金術師 – Haqane no renkincutsuşi), #64. 2009.

Yaxşılaşdırıla bilən hər şey yaxşılaşdırılmalıdır. Praktiki olaraq hər şey yaxşılaşdırıla bilər.

© Sakiçi Toyoda

Həyat sənin üçün anlamsızlaşanda hər şey bir rəngdə olur, iki deyil. Birinci, ağı unudursan. Heç bir şeyin başlanğıcı da olmur, çünki sonuna doğru gedə bilmirsən. Dön-dolaş, dolan-gəl, həmişə eyni yerdəsən. Küləyin apardığı yerdəsən… Ya da sadəcə…

© “Saniyədə 5 santimetr” (秒速5センチメートル (Byōsoku qo sençimētoru)), 2007.