Tarix

Ümumi tarix

Yaponiyanin adı ilk dəfə bizim eranın 701-ci ilinə aid mənbələrdə çəkilir. “日” Kancidə gün mənasını, “本” isə yurd mənasını verir.

  1. Ən qədim tarixi dövrləri
  2. Daş dövrü (insan Tarixi başlanandan 130 min il bundan öncə)
  3. Comon dövrü, (130 min-10 min il bundan əvvəl)
  4. Yayoi dövrü (10 min bundan əvvəl – eramızın III əsrinə kimi)
  5. Kofun dövrü (250-538)
  6. Asuka dövrü (538-710)
  7. Nara dövrü (710-794)
  8. Heyan dövrü (794-1185)
  9. Kamakura dövrü (1185-1333)
  10. Kenmu bərpası dövrü (建武の新政 Kenmu no shinsei) (1333-1336 Aşiqaka /(1338))
  11. Muromaçi dövrü ((Aşiqakanın hakimiyyət dövrü götürülür) 1336-1573)
  12. Azuçi-Momoyama dövrü (1568-1603)
  13. Edo dövrü (1603-1868)
  14. Meici dövrü (1868-1912)
  15. Tayşo dövrü (1912-1926)
  16. Şova dövrü (1926-1989)
  17. Heisei dövrü (1989-hal-hazırda davam edir)

Yaponiya (Yaponcada Nihon və ya Nippon, 日 (günəş) 本 (qaynaq), hərfi mənası “günəşin qaynağı”), Uzaq şərqdə adalardan ibarət olan bir ölkədir. Heç bir ölkə ilə quru sərhəddi yoxdur. Şimalında Koreya Yarımadası (Cənubi Koreya və Şimali Koreya) və Rusiya ilə həmsərhəd Yapon Dənizi yerləşir. Qərbdə dəniz kənarında Tayvan və Çin ilə qonşu olan Yaponiyanın şərq və cənubunda isə Sakit Okean yerləşir.

Yaponiyanın ilk sakinlərinin Şərqi Asiya və Cənubi Sakit adalarından gələn immiqrantlar olduğu ehtimal olunur. Yaponiya xalqının atalarının indi Yamato irqi deyə bilinən və e.ə. III və IV əsrdə döyüşçü qəbilələr və klanlar üzərində qələbə çalan eyni irqə aid insanlar olduğu zənn edilməkdədir.

IV əsrin sonunda Yaponiya və Koreya Yarımadasındakı krallıqlar arasında təmas qurulub Bundan sonra Yaponiyaya Çin mədəniyyətinin təsirləri özünü göstərməyə başlayır. Əvvəl Konfutsi fəlsəfəsi və sonra Buddizm Hindistan, Çin, Koreya vasitəsilə 538-ci ildə Yaponiyaya yayılır.

Ölkənin ilk və davamlı hökümət mərkəzi VIII əsrin əvvəlində Narada qurulub. 710-784-ci illərdə 74 il bu imperatorluq davam etdi. 794-cü ildə isə, Kiotoda yeni bir hökümət mərkəzi quruldu. Bura min ilə qədər imperatorun oturduğu yer olmuşdur. Paytaxtın Kiotoya köçürülməsi 1192-ci ilə qədər davam etmiş olan Heyan dövrünün başlanğıcı olub.

a(1)
Xətib Çələbi`nin “Cihannamə” kitabında Yaponiyanın xəritəsi. Vikipediya – elektron ensiklopediya.

1185-ci ildə Danoura Döyüşündə Minamotolar rəqib Taira Kralını məğlub edərək qalib gəlirlər. Minemotoların iqtidarı ələ keçirməsi, Şoqun (Şyoqun, Soqunat) deyilən hərbi liderlər idarəsi altında 7 əsrlik bir feodal hakimiyyət dövrünün başlanğıcını qoymuş oldu. 1192-ci ildə Minamotolar hökümət mərkəzini Tokio yaxınlığındakı Kamakurada qururlar.

1213-cü ildə iqtidar Minamotolardan, 1333-cü ilə qədər hərbi rəhbərliyi davam etdirən Hoqoların əlinə keçdi. Bu dövrdə Monqollar, 1274 və 1281-ci illərdə 2 dəfə Şimali Kyuşu`ya hücum etdilər. Hər 2 döyüşdə müvəffəqiyyətli ola bilməyən Monqollar, ayrıca meydana gələn tayfunların təsiri ilə Yaponiyadan çəkildilər.

1333-1338-ci illədə müşahidə olunan qısadavamlı imperatorluqları Aşikaqa Takauci tərəfindən Kioto Muromaçidə qurulan yeni bir hərbi rəhbərlik izlədi. Bu qurulan hökümət 1338-ci ildən 1578-ci ilə qədər 2 yüz ildən çox bir müddət davam etdi.

XVI əsrdə avropalılar Yaponiya torpaqlarına ayaq basdılar. Bu vaxt missionerlər xristianlığı burada yaymağa çalışırdılar. Yaponiya liderləri isə xristianlığın və qərb düşüncələrinin ölkə üçün zərərli olacağına inandıqlarından Hollandiya və Çin tacirləri istisna olmaqla bütün xaricilərin Yaponiyaya girişini qadağan etdilər. 2 əsr yarım müddətdə Hollandiyalı tacirlərin olduğu bu kiçik ada, Yaponiya ilə xarici dünya arasında tək təmas nöqtəsi oldu.

1853-cü ildə amerikalı Komodor Matthev c. Perry 4 gəmidən ibarət donanmasıyla Tokio Körfəzinə girdi, ertəsi il təkrar Yaponiyaya gələrək yaponları Amerika ilə dostluq razılaşması imzalamağa razı sala bildi. Həmin ildə Rusiya, Böyük Britanya və Hollandiya ilə eyni tipli razılaşmalar imzalandı. Bu razılaşmalar 4 il sonra ticarət razılaşmalarına çevrildi.

Tokoqava Şoqunluğunun dərəbəylik sisteminin 1867-ci ildə çökməsinə qədər keçən 10 illik dövrdə böyük bir qarışıqlıq hökm sürürdü və 1868-ci ildə Meici dövrünün təkrar təşkilatlanmasıyla bütün hakimiyyət yenidən imperatorun əlinə keçdi.

İmperator Meicinin hakimiyyəti dövründə Yaponiya Qərbdə inkişafı əsrlərlə davam edən şeyləri qısa müddətdə yaratmağa, qurmağa başlamış və müasir sənayeyə, siyasi quruluşa və müasir cəmiyyət modeli, çağdaş bir millət meydana gətirmişdir.

Yaponiya 1894-1895-ci illərdə Çin, 1904 və 1905-ci illərdə Rusiya ilə döyüşüb. Hər 2 döyüşdə Yaponiya qazanaraq 1875-ci ildə Rusiyaya verdiyi Sahalin adalarını geri almış, Formosa və Koreyanı ələ keçirmiş və Mancuriyada bəzi üstünlüklər əldə etmişdir. 1920-ci ildə isə, Yaponiya (Anqlo-Japon Birləşməsi) Birinci Dünya müharibəsinə girir.

1937-ci ildə Yaponiya-Çin müharibəsi başladı.

486px-Macarthur_hirohito
General Douqlas Makartur və İmperator Hirohito. Vikipediya – elektron ensiklopediya.

Birinci Dünya savaşında almanlara qarşı döyüşən Yaponiya, 1939-cu ildə Almaniya və İtaliya ilə hərbi ittifaq qurdu və 7 dekabr 1941-ci ildə Havay adalarına basqın edərək Amerika donanmasını darmadağın etdi. Savaşın ilk illərində üstün olan Yaponiya sonrakı illərdə ağır itkinlərə uğradı. Amerika təyyarələrinin 6 avqust 1945-ci ildə Hiroşima və 9 avqustda Naqasakiyə atdıqları atom bombaları İkinci Dünya savaşının nəticəsini artıq bəlli etmişdi. 14 avqust 1945-ci ildə qeyd-şərtsiz təslim olmağı qəbul edən Yaponiya ilə 2 sentyabr 1945-ci ildə rəsmi təslimolma razılaşması imzalandı. 7 il sonra, 1951-ci ilin sentyabr ayında Yaponiya 48 dövlətlə San-Fransiskoda Sülh anlaşmasını imzaladı. 1952-ci ilin aprel ayında qüvvəyə minən bu razılaşma ilə Yaponiya təkrar istiqlalını qazandı. 1956-cı ildə isə Yaponiya 80-ci dövlət olaraq BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) tam üzvü qəbul edilib.

Müstəqilliyini qazandıqdan sonra böyük bir iqtisadi inkişaf ilə bugünki rifah səviyyəsinə çatan, texniki və elmi bir çox nailiyyətlərə imza atan Yaponiya bütün dünyada inkişaf etmiş nəhəng iqtisadiyyata malik bir dövlətdir. Yaponiyada liberallar İkinci Dünya müharibəsindən bu günə qədər iqtidardadır. 1926-cı ildə taxta keçən İmperator Hirohito, 7 yanvar 1989-cu ildə vəfat etdi. Yerinə böyük oğulu Şahzadə Akihito 1990-cı ilin noyabr ayında tacqoyma mərasimindən sonra taxta keçib.

Sevinc Nur © yapon.az 2014
Advertisements