Yaponiyada hər mövsümün təbiətini geyimdə, yeməkdə və yaşayış tərzində əks etdirərək həmin mövsümün hissini daha da artırmaq mədəniyyəti var.

Xüsusən də “yeməyə” fəsil hissi vermək, dörd fəslin dəyişməsinin aydın göründüyü yapon mədəniyyətinə xas xüsusiyyətdir. Lakin son vaxtlar tərəvəz və meyvələrin idxalı artdıqca, becərmə texnologiyası inkişaf etdikcə “mövsüm” dadmaq hissi get-gedə azalıb. Yemək mədəniyyətindəki bu dəyişikliklərə baxmayaraq, yapon şirniyyatları fəsillərin hissini ciddi şəkildə vurğulaya bilir.

Yapon şirniyyatları hələ də mövsümi bitkiləri, canlıları və mövsümi rəngləri özündə birləşdirir. Məsələn, yazda sakura çiçəyi rəngində düzəldilən “moçi“, kəpənək şəklində “hiqaşi“, kanolanın sarı çiçəkləri şəklində düzəldilən konfetlər və sairə. Yayın əvvəlində şirniyyat dükanlarının vitrinində axan sərin su hissini verən açıq mavi rəng “youkan“, şirin balıq şəklində “namaqaşi” və sairə kimi müxtəlif formada şirniyyatlar görə bilərsiniz.

Xəyalə Əlizadə ©  yapon.az 2022