yapon.az`la yayın yarışmasına başlayırıq!

 

Yayı səmərəli keçirmək istəyən, istirahətə gedə bilməyib Bakıda qalan, yaxud tətildə də Yaponiya sevgisini boxçasına qoymayan hər kəs yarışmada iştirak edə bilər 🙂

yapon.az yay mövsümündə sizi bilik və şans yarışına dəvət edir.

Yarışmanın şərtləri çox asandır. Həftənin bazar günləri veriləcək suallara tez və doğru cavab verir və çəkilişdə iştirak etmək şansı qazanırsınız.

Yarışmanın qaydaları:

1. Yarışmanın sualları sosial şəbəkədə də yayımlanacaq, lakin cavablar yalnız yapon.az saytında məhz verilən sualın altındakı şərh bölümündə verildikdə qəbul olunacaq. Doğru və ən tez yazan 3 şəxs gün ərzində bizdən rəqəm əldə edəcək.

Sosial şəbəkə və sayt hər ikisi götürülsə saat və tezliyə görə tez yazanı müəyyənləşdirmək çətin olacağı üçün ancaq saytı seçmişik.

2. Rəqəmləri itirməyin və unutmayın.

3. Eyni şəxs bütün suallara cavabı tez və doğru bilənlər arasında yer alsa belə ona ikinci rəqəm verilməyəcək. Ondan sonra düzgün və digərilərinə nisbətən tez cavab yazan 2-ci və ya 3-cü şəxs seçiləcək və ona rəqəm veriləcək.

4. Artıq rəqəmi olan şəxslər digər suallara cavab verərkən sualın cavabından öncə öz rəqəmlərini qeyd etməlidirlər. Məs., 37/ Tokio (tutaq ki, sualın cavabı Tokiodur).

5. Suallar yalnız iyulun 9-u 2017-ci il tarixindən etibarən yayımlanmağa başlayacaq. Sentyabrın son bazar günü son sual veriləcək.

6. İştirakçılar bəlli olduqdan sonra, çəkiliş günü müəyyənləşdiriləcək və yapon.az`ın Facebook sosial şəbəkəsində canlı yayında çəkiliş (lotereya) keçiriləcək və qalib mükafatlandırılacaq.

İştirakçıların çox olması halları müşahidə olunsa bütün suallara düzgün və tez cavab verən şəxslər üçün də fərqli hədiyyələr və maşafatlandırmalar nəzərdə tutula bilər.

Hər kəsə uğurlar! 🙂

I həftənin sualları (Ep.:2)

II həftənin sualları

III həftənin sualları

IV həftənin sualları

V həftənin sualları

VI həftənnin sualları

VII həftənin sualları

Cavablar

© yapon.az 2017
Advertisements

2 thoughts on “yapon.az`la yayın yarışmasına başlayırıq!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma