Kitabxananın kitablarından istifadə qaydaları və cərimələr:
- Kitabxanadan istifadə etmək üçün aylıq və ya illik abunə haqqı ödənilməlidir.
- Kitabxanadan istifadə etmək üçün aylıq və ya illik abunə haqqı ödənilməklə yanaşı üzvlük haqqında xüsusi sənədi doldurmaq imkanınız da var (ödənişsiz).
- Kitabxanadan bir dəfə üçün 1 (bir) və ya 2 (iki) ədəd kitab götürmək mümkündür.
- Bir kitab (və ya 2 kitab götürülmüşsə) maksimum 2 (müvafiq olaraq üç) həftə əldə saxlanıla bilər.
- Əgər kitabın əldə saxlanılma müddətini uzatmaq istəyirsinizsə kitabxanaya kitabla(rla) birlikdə gəlmək və yenidən qeydiyyatdan keçmək lazımdır (ödənişsiz).
- Əgər kitabın vaxtında çatdırılması hər hansısa obyektiv səbəblərdən alınmırsa onda kitabın (sizdə) əldə olma müddətinin bitdiyi gündən ən azı 24 saat əvvəl mütləq kitabxanaya məlumat verilməlidir.
- Əldə olan kitab(lar) qaytarıldıqdan sonra növbəti kitabları götürmək mümkün olacaqdır.
- Kitab(lar) qaytarılmamışsa cərimə ödəniləcəkdir.
- Əgər 5-ci bənddə yazılan maddədə göstərildiyi hal (müddətin uzadılması) pozularaq kitab geri qaytarılmayıbsa və ya (4-cü və 6-cı bənddəki qaydalar pozularaq) kitab vaxtında çatdırılmamış və ya kitabın vaxtında çatdırılması barədə məlumat göstərilən müddətdə kitabxananın məsuliyyətli şəxslərinə çatdırılmayıbsa 8-ci bəndəki hal uyğulanacaqdır.
- Kitabın vaxtının uzadılması, vaxtında çatdırılmaması və 6-cı bəndin yerinə yetirilməməsi baş veribsə onda kitabın qiyməti qədər cərimə ödəniləcəkdir.
- Kitab itirilsə, oğurlansa və ya müxtəlif bəhanələrlə geri qaytarılmasa kitabın dəyəri + yolpulu ödənəcəkdir.
- Kitab müxtəlif bəhanələrlə geri qaytarılmasa, onu götürən şəxslər telefon, e-poçt və s. ilə əlaqə və izahdan qaçsalar (lazım gələrsə hüquq və qanun çərçivəsində) kitab + yolpulu + təzminat (50 AZN) ödəməli olacaqlar.