İş prinsipimiz

Hörmətli Yaponiya sevərlər və Yaponiya ilə maraqlananlar,

yapon.az saytı heç bir qurumun, təşkilatın, səfirliyin tabeliyində fəaliyyət göstərmir və aid deyil. Müstəqildir. Azərbaycanda ilk olan bu sayt Yaponiya haqqında məlumatları məhz ana dilində Yaponiya sevənlərə, maraqlananlara çatdırır, çatdırmağa çalışır. Fəaliyyətimiz sərbəstdir. Digər qurumlarla biz yalnız əməkdaşlıq edə bilərik və bundan artıq heç nə ola bilməz.

Artıq bir ildən çoxdur ki, fəaliyyətimiz boyunca bütün tənqidləri və təklifləri dinləmişik və sizin üçün bu günə kimi əlimizdən gələni etmişik, edəcəyik.

Tənqidi və ya təklifi olanlar xahiş edirik ki, bizimlə ya saytın, səhifənin mesaj bölməsində və ya yaponaz2014@gmail.com, yaponaz@hotmail.com ilə əlaqə saxlayaraq bildirsinlər.

yapon.az saytının və ya səhifəsinin bir idarəçisi yoxdur. Vəzifə öhdəçiliyi var və həmin vəzifələri ayrı-ayrı şəxslər icra edir. Ona görə də xahiş edirik ki, səbrli olub cavabımızı gözləyəsiniz. Mütləq sizə cavab veriləcək. Çünki bütün istifadəçilər eyni hüquqlara malikdir və gözümüzdə bərabərdir.

Texniki səbəblərə görə, yapon.az`ın redaktə olunmadan və ya çox cüzi də olsa saat fərqi ilə redaktə olunan materiallarının yerləşdirilməsi zamanı meydana çıxan söz, ifadə, yanlış anlama hallarına görə yapon.az məsuliyyət daşımır və yalnız aydınlıq gətirir. Belə materiallarda əsas sonuncu material götürülür. Ona görə də “ilkin” hesab etdiyiniz yalnış materialı əsas gətirərək yapon.az`ı günahlandıra bilməzsiniz.

Qeyd: Biz ətrafımızda müasir, mədəni, əxlaqlı etik düşüncə və davranışlara malik insanları toplayırıq və bu insanların ən mühüm ortaq nöqtəsi Yaponiyanı sevmələridir. Ona görə bizim üçün kəmiyyətdən öncə keyfiyyətdir. Hər kəslə ayrıca maraqlanıb, istəklərinə kömək edirik. Əgər bununla bağlı narazıçılıq olarsa birbaşa bizimlə əlaqə saxlayın. Bizim qurum iki yerdədir: Azərbaycanın paytaxtı Bakı digəri isə, Yaponiyanın Sapporo (Hokkaido) şəhərindədir.

Görüşmək və müzakirə etmək istəsəniz biz hər zaman sizi dinləməyə hazırıq.

Gəlin, Yaponiya sevənləri bir yerə toplayaq, onları ayırmayaq!

Mədəni olmaq genetikdir, kim nece davranarsa o cavabı da alar. Yaponiyalını mədəni hesab edib azərbaycanlını alçaldan hər kimsələrin bu səhifədə yeri yoxdur. Yəni, mədəniyyətin milləti yoxdur.

S.N. © yapon.az 2015

Advertisements