Kitabxana

yapon.az`ın kitabxanasında müxtəlif dillərdə kitabların olması planlaşdırılıb. Təbii ki, üstünlük yapon və qismən ingilis, rus dillərində olacaqdır. Kitabxanada manqa, dili yeni öyrənənlər üçün aşağı səviyyəli oxu kitablarını tapa biləcəksiniz.

Məqsəd yapon dilini öyrənən və dil imkanlarını genişləndirən şəxslərə bu şəraiti yaratmaq, eləcə də, orijinaldan oxumaq istəyənlərə şans verməkdir.

Kitabxanadan istifadə abunə yolu ilə mümkün olacaqdır. Aylıq və ya illik abunə haqqını ödəyən şəxslər kitabxanaya üzv olmaq haqqında sənədi doldura bilərlər. Abunə olan şəxslər göstərilən müddətə kitabları təhvil verməlidirlər.

Aylıq 3 AZN ödəməklə siz 1 kitab üçün maksimum 2 həftə ərzində özünüzdə saxlaya biləcək.

İllik abunə olanlar isə 36 deyil, 30 AZN ödəməklə il ərzində istədikləri kitabları hər kitab üçün müəyyən olunmuş müddətə götürə biləcəklər.

Davamlı istifadəçi şəxslər üçün güzəştlər ediləcək. Bunun üçün cədvəllər olacaq. Cədvəlinizə əsasən daha çox oxuyan şəxslər güzəştlərdən yararlanacaqlar.

images(1) Kitabxananın pullu müəyyənləşdirilməsi pulsuz kitabxananı yarada bilməmiz üçün ilkin vəsaitinin toplanmasına xidmət edəcəkdir.

Kitabxanada görmək istədiyiniz və ya sifariş vermək istədiyiniz kitablar varsa bizə yazmağı unutmayın: yapon.az Facebook, yaponaz@hotmail.com.

Kitablarımız

İstifadə qaydaları

Ərizə forması

yapon.az 2016
Advertisements