“…Elədiyin cosplay-lə kimlərisə cəsarətləndirirsən”

“Özümüzkülər” layihəsi çərçivəsində növbəti qonağımız Judi ləqəbi ilə tanınan Aynurədir. Aynurə cosplay-lə bağlı ən maraqlı xatirəsi kimi həmişə bunu xatırladığını deyir: “İkinci cosplay-ə komandayla hazırlaşdığımız zaman məşqlərin birində olan əzablı bir an yadıma düşür. Komanda üzvlərindən birinin linza taxması mərasimi. Niyə əzablı? Çünki hər dəfə uğursuzluğa məruz qalan bu linza taxma mərasimi dəfələrlə təkrarlanırdı. Nə o, nə də mən məğlub olmaq istəmirdik. Amma ağlaya-ağlaya taxılan o linzada həmin cosplayer-in əla şəkilləri alınmışdı. Düzdür, o mərasim müddətində mən gülürdüm, çünki linzanı taxan mən idim. Ondan sonra heç bir oğlanı bu əzaba qatlaşmağa məcbur etmədim”.

Continue reading ““…Elədiyin cosplay-lə kimlərisə cəsarətləndirirsən””

Advertisements

“Kospley bir insanın çox şeyə münasibətini yaxşı mənada dəyişəcək qədər təsirə malikdir”

“Özümüzkülər” layihəsi çərçivəsində azərbaycanlı cosplayer-ləri (kospleyer) tanımağa başlayırıq. İlk müsahibimiz isə Kamran Yavərdir. 2012-ci ildən bu günə qədər fərqli kospleylər edən Kamran bəy debütünə cəmi 5 saata hazırlaşa bilib. İlk dəfə online (onlayn) sifariş etdiyi üçün ciddi vaxt itirsə də, istəyinə nail ola bilib. Sonralar isə bir tədbirdə iki tamamilə fərqli kospley edə biləcək qədər öz işində ustalaşıb. Continue reading ““Kospley bir insanın çox şeyə münasibətini yaxşı mənada dəyişəcək qədər təsirə malikdir””