Məqsədimiz

Azərbaycanda kifayət qədər Yaponiya sevərlər var. Lakin ana dilində informasiya bazası çox məhdud olduğundan, biz komanda olaraq Yaponiya sevərləri bir arada toplamaq məqsədilə sayt yaratmağı qərara aldıq. İlk növbədə facebook sosial şəbəkəsində eyniadlı səhifə kimi 2012-cü ilin dekabrında fəaliyyətə başlayan yapon.az, qısa müddətdə öz auditoriyasını topladıqdan sonra saytın açılışı üzrə işlərə başladı. Məqsədimiz təkcə Yaponiya sevərləri bir arada toplamaq deyil, həm də, Gündoğan ölkəsinin mədəniyyəti, musiqisi, tarixi, qədim abidələri, milli geyimləri, müasir moda, adət-ənənə və həyat tərzini, gündəlik xəbər və informasiyaları azərbaycanlılara olduğu kimi çatdırmaq, demək olar ki, hamının çox sevdiyi animelər, manqalar, görməli yerlər, haqqında dolğun məlumat verməkdən ibarətdir.

Saytımız yapon dilini öyrənmək istəyən və Yaponiyada təhsil almağa can atan gənclər üçün mayak da olacaq.

Bundan başqa, saytın adını həm də bir çox tədbirlər və yarışmaların əsas təşkilatçıları arasında görəcəksiniz. Həmçinin, səfirliklə daha möhkəm əlaqələrin qurulmasına çalışacağıq.

Azərbaycanda arzusunda olanlara Yaponiyada istehsal olunan məhsulları çatdırmağa çalışacağıq. Yaponiya dövlətinin bir sıra təşkilatları ilə, yaponiyalı tələbələr və gənclərlə azərbaycanlı gənclər arasında əlaqələrin yaradılmasına çalışacağıq.

Mükəmməllik prinsipi

Biz mükəmməllik prinsipi ilə işləyəcəyik. İndi saytımız bir sıra parametrlərə görə bəlkə də mükəmməl və də orijinal olmaya bilər. Amma gələcəkdə mükəmməl olmağa və Sakiçi Toyodanın (豊田佐吉) dediyi kimi, “Yaxşılaşdırıla bilən hər şey yaxşılaşdırılmalıdır. Praktiki olaraq hər şey yaxşılaşdırıla bilər” fikrini əsas tutaraq ancaq dəyişikliyə can ataraq istifadəçilərimizin bütün gözləntilərini qarşılamağa çalışacağıq.

İdarə heyəti

Sayt İdarə heyəti tərəfindən idarə olunur. İdarə heyəti 8 nəfərdən ibarətdir. Hər bir İdarə heyəti üzvü yaradıcı və istehsal prosesində eyni hüquqlara malikdir. İdarətmə prosesində “işləklilik və çalışqanlılıq rejiminə” görə vəzifələr bölünür.

Qaydalar

İş prinsipimiz

Hörmətli Yaponiya sevərlər və Yaponiya ilə maraqlananlar,

yapon.az saytı heç bir qurumun, təşkilatın, səfirliyin tabeliyində fəaliyyət göstərmir və aid deyil. Müstəqildir. Azərbaycanda ilk olan bu sayt Yaponiya haqqında məlumatları məhz ana dilində çatdırır, çatdırmağa çalışır. Fəaliyyətimiz sərbəstdir. Digər qurumlarla biz yalnız əməkdaşlıq edə bilərik.

Tənqidi və ya təklifi olanlar xahiş edirik ki, bizimlə ya saytın və ya soial şəbəkələrin mesaj bölməsindən və ya verilən elektron poçt ünvanları – yaponaz2014@gmail.com, yaponaz@hotmail.com – vasitəsilə əlaqə saxlayaraq bildirsinlər.

yapon.az saytının və ya səhifəsinin bir idarəçisi yoxdur. Vəzifə öhdəçiliyi var və həmin vəzifələri ayrı-ayrı şəxslər icra edir. Ona görə də xahiş edirik ki, səbrli olub cavabımızı gözləyəsiniz. Mütləq sizə cavab veriləcək. Çünki bütün istifadəçilər eyni hüquqlara malikdir və bərabərdir.

Texniki səbəblərə görə, yapon.azın redaktə olunmadan və ya çox cüzi də olsa saat fərqi ilə redaktə olunan materiallarının yerləşdirilməsi zamanı meydana çıxan söz, ifadə, yanlış anlama hallarına görə yapon.az məsuliyyət daşımır və yalnız aydınlıq gətirir. Belə hallarda əsas sonuncu material götürülür. Ona görə də “ilkin” hesab etdiyiniz yalnış materialı əsas gətirərək yapon.azı günahlandıra bilməzsiniz.

Bizim qurum iki yerdədir: Azərbaycanın paytaxtı Bakı digəri isə, Yaponiyanın Sapporo (Hokkaido) şəhərindədir.

Sayta qeyri-ciddi yanaşanlar və yapon.azdan (yapon.azda) şəxsi zəmində istifadə edənlər kənarlaşdırılacaqlar.

S.N. © yapon.az 2014

2014-cü ilin sonlarından etibarən faktiki olaraq, yapon.az saytı əvvəlki İdarə Heyəti üzvlərindən yalnız 3-ü və 4 moderator və könüllülərlə fəaliyyət göstərir.

S.N. © yapon.az 2015

Screenshot_2016-03-23-18-24-15

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.