ən yeni yazılar

Xarakteristikalar

  • Qalxan və ya qılınc kimi daim səninlə olan dostlara sahib ola bilməzsən.

    © Kirito. “Qılıncoynatma sənəti”, 2012. 

  • Həyat sənin üçün anlamsızlaşanda hər şey bir rəngdə olur, iki deyil. Birinci, ağı unudursan. Heç bir şeyin başlanğıcı da olmur, çünki sonuna doğru gedə bilmirsən. Dön-dolaş, dolan-gəl, həmişə eyni yerdəsən. Küləyin apardığı yerdəsən… Ya da sadəcə…

    © “Saniyədə 5 santimetr” (秒速5センチメートル (Byōsoku qo sençimētoru)), 2007.

  • Qorxu – azadlıqdır. Tabe olmaq isə, qurtuluş. Ziddiyyət elə həqiqətin özü. Dünyanın qanunları belədir.

    © “Kill la kill”, 2013.

  • Başqalarından eşitdiyi həqiqətlər əsasında əşya və hadisələr haqqında fikir yürütmək mümkündür, məsələn, günəşli hava əhvalı qaldırır, yağışlı gün isə bədbinləşdirir. Bunlar sənə deyiləndə onları həqiqət kimi qəbul edirsən. Lakin sənin öz həqiqətlərin ola bilər. Hər şeyi əksinə edə, yağışa da sevinə bilərsən. Asanlıqla həqiqətini dəyişə bilərsən, çünki o, insanlarda daimi deyil.

    © “Evangelion”

  • Mübarizə apar! Bunun üçün can da fədadır! Dünya dəhşətli və qəddar ola bilər, bu, vacib deyil! Sərt və qorxunc ola bilər, nə olsun ki?! Mübarizə apar! Mübarizə apar! Mübarizə apar!

    © Eren, "Şingeki no kyocin"/ "Attack on Titan"/ 進撃の巨人, 2013.