ən yeni yazılar

Xarakteristikalar

  1. Başqalarından eşitdiyi həqiqətlər əsasında əşya və hadisələr haqqında fikir yürütmək mümkündür, məsələn, günəşli hava əhvalı qaldırır, yağışlı gün isə bədbinləşdirir. Bunlar sənə deyiləndə onları həqiqət kimi qəbul edirsən. Lakin sənin öz həqiqətlərin ola bilər. Hər şeyi əksinə edə, yağışa da sevinə bilərsən. Asanlıqla həqiqətini dəyişə bilərsən, çünki o, insanlarda daimi deyil.

    © “Evangelion”

  2. Yaxşılaşdırıla bilən hər şey yaxşılaşdırılmalıdır. Praktiki olaraq hər şey yaxşılaşdırıla bilər.

    © Sakiçi Toyoda

  3. Mübarizə apar! Bunun üçün can da fədadır! Dünya dəhşətli və qəddar ola bilər, bu, vacib deyil! Sərt və qorxunc ola bilər, nə olsun ki?! Mübarizə apar! Mübarizə apar! Mübarizə apar!

    © Eren, "Şingeki no kyocin"/ "Attack on Titan"/ 進撃の巨人, 2013.
  4. Biz səninlə eyni hadisələrin şahidi olmuşuq. Amma hər birimiz öz seçimini edib: mübarizəyə davam etmək və ya geri çəkilmək. Yəqin ki, bu seçim insanın döyüşə bilib-bilməməsindən asılıdır.

    © “Kleymor” (クレイモア, ing. “Claymore”), 2007.

  5. Qalxan və ya qılınc kimi daim səninlə olan dostlara sahib ola bilməzsən.

    © Kirito. “Qılıncoynatma sənəti”, 2012.