ən yeni yazılar

Xarakteristikalar

  • Düşmənin gücünü biləndən sonra qorxmağa başlayırsansa, quyruğunu qısaraq qaç. Yox əgər ruhun güclü, ağlın aydın olacaqsa sən mütləq qalib gələcəksən.

    © “Tamdəmir kimyagər: Qardaşlıq” (“Fullmetal Alchemist: Brotherhood”/  鋼の錬金術師 – Haqane no renkincutsuşi), #64. 2009.

  • İnsanın iradəsi belə öz səlahiyyətində deyil. © “Berserk” (ベルセルク), 1997.
  • Mübarizə apar! Bunun üçün can da fədadır! Dünya dəhşətli və qəddar ola bilər, bu, vacib deyil! Sərt və qorxunc ola bilər, nə olsun ki?! Mübarizə apar! Mübarizə apar! Mübarizə apar!

    © Eren, "Şingeki no kyocin"/ "Attack on Titan"/ 進撃の巨人, 2013.
  • – Hələ böyümədən səhv etməyi öyrənmək lazımdır.

    – Öyrənmək?!

    – Gənc olanda tez sağalır insan. Əgər yıxılmağı indi öyrənsən sonra qalxmaq daha asan olacaq. Yuxarı yaşlarda (böyüyəndə) hər yalnış – ürəyə sancılmış qılınc kimidir. Nə qədər ki, öz üzərinə məsuliyyət götürürsən, onda səhv etməyə daha az haqqın çatır.

    © “Mahou Şouco Madoka magika”/ “Mahou Shoujo Madoka☆ Magica”, 2011.
  • Başqalarından eşitdiyi həqiqətlər əsasında əşya və hadisələr haqqında fikir yürütmək mümkündür, məsələn, günəşli hava əhvalı qaldırır, yağışlı gün isə bədbinləşdirir. Bunlar sənə deyiləndə onları həqiqət kimi qəbul edirsən. Lakin sənin öz həqiqətlərin ola bilər. Hər şeyi əksinə edə, yağışa da sevinə bilərsən. Asanlıqla həqiqətini dəyişə bilərsən, çünki o, insanlarda daimi deyil.

    © “Evangelion”