Artıq sizinlə yapon dilini birlikdə öyrənməyə başlayırıq.
Xatırladım ki, yapon dilinin üç yazı növü, yəni əlifbası var: hiraqana, katakana və kanci. Hər birinin də özünəməxsus rolu var. Bu barədə əvvəlki yazılarda məlumat verilib. İndi isə sadə formada, kiçik addımlarla qrammatik qaydaları və cümlələr qurmağı öyrənməyə başlayırıq.
Dərs 1. Tanışlıq
Dialoq
İnci Azərbaycandan gələn xarici tələbədir. Onu qarşılayan bələdçisi ilə ilk dəfə tanış olur. Tanışlıq zamanı istifadə olunan ifadələrə diqqət yetirək.
インジ: はじめまして。私はインジです。(Tanış olmaqdan məmnunam. Mən İnci(yəm).)
さくら: はじめまして。さくらです。(Tanış olmağıma məmnunam. Mən Sakurayam.)
インジ: よろしくおねがいします。(Tanış olduğuma şad oldum.)
さくら: こちらこそ。(Mən də həmçinin.)
インジ: さくらさん。はい、どうぞ。(Sakura xanım, buyurun.)
さくら: これはなんですか。(Bu nədir?)
インジ: それはアゼルバイジャンのおみやげです。(Azərbaycandan hədiyyədir.)
さくら: ありがとうございます。(Təşəkkür edirəm.)
インジ: どういたしまして。(Dəyməz.)
Yeni sözlər
Hiraqana | Kanci | Oxunuşu | Tərcüməsi |
---|---|---|---|
わたし | 私 | vataşi | mən |
これ | – | kore | bu |
なん | 何 | nan | nə |
なんじ | 何時 | nanci | saat neçə |
おみやげ | お土産 | omiyage | hədiyyə, suvenir |
はじめまして | – | hacimemaşite | tanış olmağıma şadam |
よろしくおねがいします | よろしくお願いします | yoroşiku oneqai şimasu | nəzakətli təşəkkür forması |
どうぞ | – | douzo | buyurun |
ありがとうございます | – | ariqatouqozaimasu | təşəkkür edirəm |
Qrammatika
Təsdiq cümləsi
Yapon dilində təsdiq cümləsi qurarkən は qrammatik hissəciyindən istifadə edilir. は hecası qrammatik hissəcik kimi çıxış edərkən “va” kimi oxunur. Cümlə です (desu) ilə bitərək ismi xəbər əmələ gətirir. Aşağıdakı sxemə baxaq:

A B-dir.
Burada は (va) obyekti göstərən hissəcikdir. です (desu) isə cümlənin obyektini təsdiqləyir.
Məsələn: わたし は インジです。(Mən İnciyəm.) これはおみやげです。 (Bu hədiyyədir.)
Sual cümləsi
Yapon dilində sual verərkən cümlələrin sonuna か (ka) hissəciyyi əlavə olunur. Sxemə baxaq:
A は B ですか。
Yapon dilində sual verəndə söz sırasını dəyişdirmirik. Sadəcə cümlələrin sonuna か (ka) hissəciyi əlavə edir və yüksələn intonasiya ilə deyirik. Beləliklə, これはおみやげです。 – (Bu hədiyyədir.) cümləsinə か (ka) əlavə etməklə sual veririk: これはおみやげですか (Bu hədiyyədir?).
Əgər “Bu nədir?” sualı vermək istəyiriksə, onda なん (nan) ですか – deməliyik.
これはなんですか?
“Saat neçədir?” soruşanda, onda ci (saat) sözünü əlavə etmək lazımdır.
なんじですか?
⭕️ Tapşırıq: