Bu il Yapon dili Səviyyə İmtahanının (JLPT) 6 dekabr, 2020-ci il (bazar günü) tarixində keçirilməsi planlaşdırılır.

Ətraflı məlumat ilə aşağıda tanış ola bilərsiniz.
Əlavə məlumat almaq istəyənlər JLPT İmtahanı Təşkilat Komitəsi ilə əlaqə saxlaya bilərlər:
E-mail: jlptazerbaijan@gmail.com
Facebook: https://www.facebook.com/JLPTazerbaijan/

  1. İmtahan üçün müraciət:
    İmtahan üçün ərizə vərəqəsini əldə etmək istəyən şəxslərin nəzərinə!
    İmtahana müraciət üçün lazım olan ərizə vərəqəsinin qiyməti 1 AZN təşkil edir.

[Satış müddəti] 28.09.2020 – 09.10.2020 bazar ertəsi- cümə (şənbə və bazar istirahət günləridir)
[Ərizə qəbulu saatları] 11:00 15:00
[Satış məntəqəsi] Yaponiyanın Azərbaycandakı Səfirliyi, 5-ci mərtəbə
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, İzmir küçəsi 1033, Hyatt Bina III, 5-ci mərtəbə

  1. Müraciət qaydası və lazımı sənədlər:
    1) Doldurulmuş ərizə vərəqəsi
    2) İki ədəd 3×4 sm fotoşəkil
    3) İmtahan üçün ödəniş haqqı

Yuxarıda sadalanan sənədləri hazırlayaraq, aşağıda qeyd olunan ünvana təqdim etməyiniz xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, ödəniş haqqı imtahan səviyyəsinə görə fərqlənir.

N1: 20 AZN
N2: 20 AZN
N3: 15 AZN
N4: 15 AZN
N5: 15 AZN


*Qeyd 1: dekabr ayında keçiriləcək Yapon Dili Səviyyə İmtahanına xaricdə yaşayan müraciətçilərin müraciəti sərhədlərin bağlı olması səbəbindən hal-hazırda qəbul olunmur. Sərhədlər açıldıqdan sonra xarici vətəndaşlar üçün də sənəd qəbulunun mümkün olub-olmaması haqqında məlumat bildiriləcəkdir.

*Qeyd 2: Yeni koronavirusun yayılması və ya digər fövqaladə hallar səbəbindən imtahanın ləğv olunması halı baş verə bilər . Bunu öncədən nəzərə almağınızı xahiş edirik.

[Sənəd qəbulu müddəti] 28 sentyabr, 2020-ci il (bazar ertəsi) – 9 oktyabr, 2020-ci il (cümə) tarixinədək (şənbə və bazar istirahət günləridir).
[Qəbul saatları] 11:00-dan 15:00 -dək
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, İzmir küçəsi 1033, Hyatt Bina III, Yaponiya Səfirliyi, 5-ci mərtəbə

  1. İmtahan proqramı:
    İmtahan günü: 2020-ci il 6 dekabr (bazar günü)
    İmtahan vaxtı: saat 12:00-dan – 16:00-dək
    İmtahan yeri: Bakı Dövlət Universiteti
    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 23

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.