“Sarusuberi: Mis Hokusai” – Edo dövrü Yaponiyası mədəniyyətinin tədqiqatçısı Hinako Sugiuranın tarixi manqasına (1983-87) Keiçi Haranın (2015) həyat veridyi animedir. Tammetrajlı anime filmi izləyiciyə Katsuşika sənətçi ailəsinin həyat tərzini hiss etməyə imkan verir.

Hinako Sugiura, haqqında bəhs edilən manqanı 25 yaşında ikən yazmağa başlayıb. Əsərin adındakı sarusuberi (百日紅) Hindistan lagerstroemiyası çiçəyinin yaponca adıdır. Sugiura izah edir ki, Yaponiya mədəniyyəti, çiçəkləri tökərkən belə ağacların, çiçəklənməyə davam etməsinə bənzəyir. Müəllif bitki və ukiyo-e canlılığını müqayisə edir.

Manqa mütləq şəkildə bir-biri ilə bağlanmayan epizodlardan ibarətdir. Atasının studiyasında işləyən O-Ei (və ya Oi) və onun Edodakı həyatı. Kiçik bacı epizodların birində görünür…

Anime də manqaya əsaslanır. Animedə hekayə Edo dövründə, 1814-cü ildə Edoda başlayır. O-Ei, sonradan Hokusai kimi məşhurlaşan rəssam Tetsuzonun dörd qızından biridir. Burada ata – əfsanəvi rəssam, oymaçı Hokusai sənətdən başqa heç bir şey düşünmədən kiçik bir “kol” içində yaşayır. Ona qızı O-Ei kömək edir. Hokusainin həyat yoldaşı sənətçinin digər qızı ilə ayrı yaşayır. Doğuşdan bəri kövrək, xəstə qız görmür və animenin əsas emosional komponenti onun kainata, eləcə də, Hokusai və O-Einin ona olan münasibətidir.

Filmdəki hadisələr O-Ei yetkinlik yaşına çatanda baş verir, atası, əlli yaşında, artıq ölkəsində tanınan bir sənətkardır. Tetsuzo nəhəng Daruma rəsmini 120 tatami və ya iki sərçəni bir düyü taxılı üzərində çəkə biləcək rəssamlıq bacarıqları ilə məşhurdur. O-Ei atasından aldığı istedad və inadkarlığa malikdir. Hər ikisinin işlədiyi studiya tamamilə dağınıqdır. Onlar yemək bişirmir və evi yığışdırmırlar, gərəkdiyində başqa yerə köçürlər. O-Ei sifarişləri yerinə yetirmək üçün tez-tez işinə imza atmadan yalnız boyamaqla məşğuldur və istedadına görə tanınmır. Həmçinin, o, atasını xəstəliklərdən qorxan zavallı biri adlandırmaqdan çəkinmir.

Filmdə O-Ei və atasının və ziyarət etdiyi rəssamların həyatlarını, xüsusən də sonradan bicin-qa ilə tanınan Zencirō İkeda (Keisai Eisen) və Kuninao Utaqavanın həyatından epizodları görmək olur. Bir neçə səhnədə Yaponiya mifologiyası və Buddizm əks olunur. Tarixi əsərlərdən nümunələr vasitəsilə Keiçi Hara həm də Edo xalqının sənətin gücünə inamını nümayiş etdirir. Animedə hekayə xəttini dolduran mistik detallar qeyri-adi atmosfer yaradır, detallar isə Hokusainin əsərlərindən canlandırılan obrazlardır. Bu sayədə də izləyici onun əsərlərini bir daha göz yaddaşı ilə xatırlayır.

Film əsas personajların taleyini nağıl etməklə başa çatır. Hokusai olmuş Tetsuzo 90 yaşında vəfat edir. Ölüm yatağında təvazökarlıqla o, ağlayıb ki, əgər daha 5-10 il yaşasaydı, böyük sənətkar ola bilərdi. Zenciro bicin-qaları ilə müəyyən şöhrət qazanır. O, Tetsuzodan bir il əvvəl ölür. O-Ei evlənir, amma nəticəsiz. Daha doqquz il sağ qalaraq Tetsuzonun emalatxanasına qayıdır. 1857-ci ildə bir yay günü gəzməyə çıxır və yox olur. Onun ölümünün dəqiq şərtləri və yeri məlum deyil.

Film hər kəsi özünə cəlb etməyəcək süjet xəttinə malikdir. Ancaq yaradıcı bir insansınızsa, bu ölkənin mədəniyyətini sevirsinizsə, onda yalnız ruhunuzu açın və bu gözəl anime şüurunuza incə bir axınla nüfuz etsin. Heç bir xüsusi hekayə və onun ətrafında cərəyan edən hadisələr görməsəniz də vaxtın necə keçdiyini hiss etməyəcəksiniz. Anime həyatın özü kimi bir göz qırpımında, bir nəfəsə içilən su kimidir.

“The Hollywood Reporter”dən Boyd van H. filmi “epizodik, lakin olduqca zəngin bir anime” adlandırıb.

Sevinc Nur © yapon.az 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.