運命の赤い糸 ⌈unmei no akai ito⌉ taleyin qırmızı ipi – Çin və Şərqi Asiyada iki insanın taleyinin bir-birinə bağlandığını ifadə edən, geniş yayılmış bir inancdır. Bu inanca görə, taleləri bir-birlərilə bağlı olan insanların topuqlarında onları bağlayan görünməz bir qırmızı ip vardır. Bu ipə (Çində) sahib olan yaşlı kişi Yue Xia Lao, toy və qismət məsələlərini həll/ idarə edir. Bu ip üçün vəziyyətlər, vaxt və ya məsafə bir maneə deyil. Vaxt keçdikcə, iki şəxs görüşənə qədər bu ip büzülməyə/ yığılmağa başlayır.

Yaponiyada qırmızı iplə bağlı bir əfsanə də var, amma bu versiyada iplər topuqlarını deyil, insanların çeçələ barmaqlarını bağlayır.

“Gözə görünməyən qırmızı ip bir-birinə aid olanların danışılmamış zamanda, yerdə və ətraf-mühitdə qarşılaşması üçün topuqlarına bağlanıb. Bu ip dartıla və dolaşa bilər, amma heç vaxt qırıla bilməz.”

Çin atalar sözü

Qədim çin, yapon mifologiyasında belə bir hekayə var:

Bir gün yeniyetmə oğlan dağa qalxarkən qarşısına qeybdən yaşlı adam çıxır. Ay işığı altında qoca adam əlindəki kitabın səhifələrini çevirməyə başlayır. Oğlan dözə bilməyib onun nə oxuduğunu soruşur. Qoca adam, bu kitabın insanın qisməti olduğunu və əlindəki qırmızı iplə qəlbləri bir-birinə bağladığını deyir. Oğlan ona inanmadıqda, qoca onun əlindən tutub bir kəndə aparır. Ona balaca qız uşağı göstərib deyir ki, bu qız sənin qismətindir. Sizin barmaqlarınız gözə görünməyən qırmızı iplə bağlıdır. Qeybdən gələn adama inanmayan oğlan qorxudan və əsəbdən yerdən daş götürüb qızın üstünə atıb oradan qaçıb gedir. Artıq yetkin yaşına çatdıqdan sonra oğlanın ailəsi, onun artıq evlilik yaşında olduğuna görə adətlərə uyğun ona qız tapırlar. Toy günü oğlan qızın üzündə olan ağ duvağı açdığında qızın üzündə çapıq izini görür və nə baş verdiyini, çapığın necə əmələ gəldiyini soruşur. Qız isə kənddə yoldaşları ilə oyun oynayarkən bir oğlanın onun üzünə daş atıb qaçdığını deyir.

Gülşən Cabbarlı © yapon.az (2014) 2020
 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.