⛩ ⛩ ⛩

Bu cür də əhvalat olmuşdu: bərk yağış idi, rahib harasa getmişdi; xidmətçi evdə tək qalmışdı. Birdən qapını bir kəndli döydü. O, yolda bərk yağışa düşüb islanıb; kəndli xidmətçidən xahiş elədi ki, ona bir çətir versin, çünki uzağa getməlidir. Xidmətçi indicə şəhərdən alınmış təzə bir çətir gətirdi. Kəndli ona təşəkkür edib getdi.
Axşam rahib qayıdıb evə gəldi, həmişəki kimi soruşdu ki, o, evdə olmayanda gələn olubmu?
– Bir kəndli gəlmişdi, məndən çətir borc istədi.
– Sən də verdin?
– Bəli, mən ona sizin çətirinizi verdim.
– Sən nə üçün belə iş tutubsan? – deyə tamahkar rahib hirsləndi. – Gərək verməyə idin.
– Mən belə şiddətli yağışda çətiri necə verməyə bilərdim?!
– Sən sadəcə olaraq deyəydin ki, çətir sınıb! Guya dünən günün altında çox qalıb, qabırğaları quruyub, yuxarısı qırılıb, ona görə onu anbara atmışıq.
– Gələn dəfə belə deyərəm! – deyə xidmətçi cavab verdi.
Bir neçə gündən sonra başqa bir kəndli gəlib, xahiş eləməyə başladı. Rahib bu vaxt məbəddə idi, xidmətçi isə həyətdə iş görürdü. Ona görə də kəndli birbaş xidmətçiyə müraciət etdi:
– Bu gün hava yaxşıdır. Qızımın yanına getməliyəm, atım da bu yandan naxoşlayıb. Görəsən rahib bir günlüyə atını mənə verərmi?
– Yox-yox! – deyə xidmətçi cavab verdi, – verməz. Dünən onun atı günün altında çox qalıb, qabırğaları quruyub, qayışı qırılıb, ona görə də onu anbara atmışıq.
Kəndli təəccübləndi, başını buladı, çıxıb getdi.
Rahib isə məbəddə oturub, bütün bu danışıqları eşidirdi. Kəndli çıxıb gedən kimi həyətə çıxıb xidmətçini danlamağa başladı:
– Sən nə axmaq sözlər danışırdın? Gərək deyəydin ki, guya at dünən bəng otu yeyib toxluq edib, bütün günü dəli kimi ora-bura çapıb ayaqları lap şil-küt olub. İndi tövlədə təpik atır.
Xidmətçi dedi:
– Yaxşı! Gələn dəfə belə deyərəm.Bir neçə gündən sonra kənddə bir dövlətli ölür. Mərhumun qohumları rahibi çağırmağa gəlirlər, onlar xidmətçini həyətdə görüb deyirlər:
– Evimizdə cənazə var. Rahib bizə gəlib ölü duasını oxuyarmı?
– Yox, gələ bilməz, – deyə xidmətçi cavab verdi. – Rahib dünən bəng otu çox yeyib, toxluq edib, bütün günü dəli kimi ora-bura qaçıb, ayaqları lap şil-kut olub, indi də tövlədə təpik atır.
– Yox, belə rahib bizə lazım deyil! – deyə mərhumun qohumları cavab verib çıxıb getdilər.

Şifahi xalq ədəbiyyatı
© yapon.az 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.