Bağlamanı açdı. Onun içində isti yağlı fəsəlilər olan səbət vardı. Xidmətçi ehtiyatla fəsəlilərin birini götürüb yedi, sonra birini də götürüb yedi. Üçüncüsünü də… Belə-belə fəsəlilərin hamısını yedi. Bir də baxıb gördü ki, səbətdə bir dənə də fəsəli qalmayıb, əllərilə başından yapışıb:
– Vay mənim halıma! İndi mən neyləyəcəyəm?
O, düşündü, düşündü, axırda fikirləşib bir şey tapdı: səbəti yaylığa bağladı, götürüb məbədə apardı.
Məbəddə bağlamanı, Amidanın heykəlinin ayağı altına qoydu, fəsəlinin qalan qırıntılarından heykəlin ağzına yapışdırdı. Evə gəlib əvvəlki yerində oturdu və heç nə olmayıbmış kimi arxayınlıqla gözləməyə başladı.
Çox keçmədən rahib qayıdıb gəldi. O içəri girən kimi xidmətçidən soruşdu:
– Mən burada olmayanda gələn olmayıb?
– Qonşu arvad gəlmişdi. O, rahib ata üçün bayrama bir bağlama gətirmişdi.
– Bəs bağlama hanı?
– Mən onu məbədə aparıb Amidanın ayaqları altına qoymuşam.
– A, bunu sən lap yaxşı eləmisən! Gedim bir baxım.
Rahib məbədə getdi. Gördü ki, doğrudan da Amidanın ayaqları altında bir bağlama qoyulub. Tez bağlamanı açıb zənbili götürdü, gördü ki, içi bomboşdur, ancaq dibində çörək qırıntıları var.
– Ey, xidmətçi, bunu sən yemisən? – deyə rahib hirslə qışqırdı.
Xidmətçi qaça-qaça gəlib boş zənbilin içinə baxdı və özünü elə göstərdi ki, bu işə lap mat qalıb:
– Lap möcüzədir! Heç vaxt inanmazdım! – deyib Amidanı göstərdi. – Rahib ata, bir baxın: görünür Amida elə bilib ki, bağlama onun üçün gətirilib, ona görə də hamısını yeyib. Görürsüz, qırıntıları onun dodaqlarında qalıb.
Rahib də heykələ baxıb hirsləndi:
– Mənim fəsəlilərimi sən yemisən? Ay ürəyi qəlp büt!
O, hirslə əl ağacını qaldırıb mis heykəlin başına çırpdı. Heykəl cingildədi: bo-o-on… bo-on-o-on… Rahibə elə gəldi ki, heykəl deyir: “Odur, odur”.Rahib yenə də xidmətçinin üstünə düşdü:
– Görürsən, Amida deyir: “Odur, odur”! Demək onları sən yemisən! Nə üçün boynuna almırsan?
Xidmətçi çiyinlərini çəkdi:
– A, elə sizə o saat da durub dedi ki, mən emişəm! Onu gərək lazımınca qorxudasan. Dayanın, mən onu danışmağa məcbur edərəm!
Xidmətçi qaçıb çayniki gətirdi və qaynar suyu Amidanın başına tökməyə başladı, tökə-tökə də belə deyirdi:
– Hə, deyin görək mən düz demişəmmi? Bu iş olub, ya yox?
Su heykəlin başından axıb döşəməyə tökülərək tappıldayırdı: bul-bul-bul…
– Bax görürsünüz, rahib ata, – deyə xidmətçi sözə başladı, – o özü təsdiq edir ki, olub, olub, olub.
Rahib başını tərpətdi və gedib ac-acına yerinə girməli oldu.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.