Əziz animesevər oxuyucular, bu dəfə sizə yepyeni xəbərlə gəlmişəm! Xüsusilə, tammetrajlı anime filmi sevənlərə şad xəbərim var: “Studio Ghibli”nin yeni anime filmi çıxır!

Xatırlayırsınıza,  “Roman kimi animelər” adlı yazımda (oxumamısınızsa, göz atmağın tam vaxtıdır 😉 ) əsərlərdən ilhamlanılaraq çəkilən animelərdən bəhs etmişdim. Bu siyahıya yeni anime filmini də əlavə edək. Çünki yeni animemiz də məşhur yazıçı Diana Vin Consun (Diana Wynne Jones) “Earwig and the Witch” adlı uşaq romanı əsasıda çəkilib.

Usta rejissor Hayao Miyazakinin oğlu Miyazaki Qoro (Miyazaki Qorou – 宮崎 吾朗) imzalı yeni tammetrajlı film “Aya to maco”nun (“Aya və cadugər”, yap. アヤと魔女) artıq 2020-ci il Kann Film Festivalının rəsmi seçkisində yer alacağı açıqlanıb. 2020-ci ilin qış aylarında NHK kanalında yayımlanması planlaşdırılan film, eyni zamanda, “Studio Ghibli”nin ilk 3DCG cizgi filmidir.

Anime filmin mövzusu belədir:

Uşaqkən Müqəddəs Morvald uşaq evinə qoyulan Erviq, o biri uşaqlardan fərqli olaraq, yetimxanadakı həyatından məmnundur. İstədiyi hər şeyi əldə edə bilən Erviqin həyatı, Bella Yaqa və Mandrake adlı cadugərlər tərəfindən övladlığa götürülməsilə olduqca qəribə hal almağa başlayır. Çox uşağın dəhşətə düşəcəyi görünməz otaqlar, iksirlər və sehr kitabları ilə dolu olan bu mistik ev, ağıllı Erviq üçün heç də qorxulu deyil. Danışan qara pişiyin də köməyi ilə o, cadugərə həqiqi başçının kim olduğunu göstərməyə qərar verir.

Qeyd edim ki, “Yerdəniz hekayələri” (2006), “Kokuriko yamaclarından” (2011) — tammetrajlı anime filmiləri, “Sanzoku no Musume Rōnya” anime serialının (2014) rejissoru da Miyazaki Qorodur. 

Xəyalə Əlizadə © yapon.az 2020

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.